Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:10

KİV necə pul qazansın?


Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli
«Media sahəsində radikal addımların bəziləri artıq atılıb».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə mətbuat sahəsinə edilən yardımlar və sosial layihələr bu addımların bir hissəsidir.

«Mətbuatın Azərbaycan nəşriyyatına olan borclarının dondurulması, sonra birdəfəlik yardımlar formasında müəyyən yardımların edilməsi bura daxildir. Və bu yardımlar getdikcə artır. Əvvəlcə bu yardımlar 5 min manat həcmində başlamışdısa, sonra 10 min manat həcmində oldu. Bu il isə 20 min manat həcmində birdəfəlik yardımlar göstərildi. Bundan əlavə KİV-ə dövlət dəstəyi fondu müxtəlif müsabiqələr elan edib və qrant formasında müxtəlif maliyyə yardımları ayrılıb. 2010-cu ildə isə ilin birinci yarısında müsabiqələr olmuşdu. Yardımlar göstərilmişdi. Eləcə də ikinci yarısında müsabiqələr elan olunub. İndiyə qədər Azərbaycanda böyük məbləğdə qrantlar ayrılıb. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün atılan addımları və. s. nəzərə alsaq artıq radikal addımların bəzilərinin atılmasının şahidi olmuşuq».

Mehman Əliyev
Müşfiq Ələsgərli deyib ki, bundan sonra da bəzi proqramlar davam etdiriləcək. Onun sözlərinə görə, Diffamasiya haqqında qanun yaxın vaxtlarda qəbul olunacaq. Bundan başqa, KİV-in iqtisadi problemlərini həll etmək üçün proqram hazırlanıb. Həmin proqramda iki yeni təşəbbüs var. Onlardan biri Azərbaycanda reklam və elan şurasının yaradılması ilə bağlı atılan addımlardır. Digəri isə KİV redaksiyalarının vergidən azad olunması barədə təşəbbüsdür.

Turan informasiya agentliyinin baş direktoru Mehman Əliyev isə deyib ki, bunlar çıxış yolu deyil. Onun sözlərinə görə, elə bir vəziyyət yaratmağa çalışmalıdırlar, KİV özü pul qazana bilsin. Mehman Əliyev deyib ki, plan var, bacarmırlarsa, çəkilsinlər qırağa biz həyata keçirək:

«Reklam Şurası lazımdır. Bu siyasəti aparan bir qurum lazımdır. Sosial reklamlar yerləşdirilməlidir. Satış tirajından asılı olaraq bu reklamlar yerləşdirilməlidir. Tirajdan asılı olaraq həmin reklamın qiyməti fərqli olmalıdır».

Mehman Əliyev hesab edir ki, onu təqdim etdiyi proqram həyata keçsə, qəzetlərin bəziləri sıradan çıxacaq. Bəzilərinin isə tirajları, eyni zamanda kollektivi və səhifələrinin sayı artacaq. Bundan başqa, qəzetlər vergi də verə biləcəklər.

XS
SM
MD
LG