Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:00

«ABU təhsilə təhqirdir»


Aslan İsmayılov
Aslan İsmayılov
«Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan təhsilinə bir təhqir olub».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında vəkil Aslan İsmayılov deyib. Vəkilin sözlərinə görə, həmin universitetin bir rüşvət mənbəyi olması çoxdan hamıya məlum idi.

«Bütün Azərbaycan ictimaiyyəti üçün Azərbaycan Beynəlxalq Universiteti ona qədər isə səhv etmirəmsə San Marino adlandırılan universitet Azərbaycan təhsilinə bir təhqir olub. Bu barədə mənim mətbuatda 7 il -10 il bundan qabaq çıxışlarım olub. Və mənim müraciətim olub ki, bu təhsil ocağına qarşı bir tədbir görülməlidir. Ən ağrılısı ondan ibarətdir ki, Bakıda yaşayanlardan orada çox azdır. Araşdırsanız, görərsiniz ki, kontingent etibarı ilə orada əsasən kənd rayonlarından gələn adamlar təhsil alıb. Və ora düzəliblər. Oranın bir rüşvət mənbəyi olmağı hamı üçün aydındır. Və heç kimdə bu mübahisə predmeti doğura bilməz».

VƏKİL HÜQUQİ YARDIM ETMƏYƏ HAZIRDIR


Vəkil deyir ki, indi həmin universitetin bağlanmasından əziyyət çəkən tələbələrə hüquqi yardım göstərməyə hazırdır. Amma hamısına yox.

«Kimlər ki, TQDK yolu ilə qəbul olub, ancaq bu gün onlar üçün hansısa bir maneə yaradılırsa, mən onlara pulsuz hüquqi xidmət göstərməyə və onların tələbə adını almağına kömək etməyə hazıram, amma sizi əmin edirəm ki, belə hal yoxdur».

Aslan İsmayılov sual qaldırır ki, bu təhsil ocağının rüşvət olmasını bilə-bilə niyə hüquq mühafizə orqanları bu günədək susublar? Vəkil deyir ki, bu universitetin belə fəaliyyət göstərməsinə şərait yaradanlar olub.

İLLƏRDİR MƏTBUAT YAZIRDI, NİYƏ QARŞISI ALINMIRDI?


Azərbaycan Beynəlxalq Universiteti
«Bu tələbələr tam istəmirəm ki, hesab eləsinlər ki, məsuliyyətdən azaddırlar. Ona görə ki, bu barədə həm Məleykə Abbaszadə, həm Misir Mərdanov dəfələrlə çıxış ediblər ki, kim TQDK yolu ilə girməyib, onlara diplom verilməyəcək. Amma bununla belə bu adamlar illərcə orada oxuyub. İllərcə bunların pulu alınıb. Rüşvət alınıb. Tələbə olduğuna, təhsil aldığına görə pul köçürüblər. Hələ müəllimlərə verilən rüşvətləri demirəm. Və bu barədə illər boyu bütün Azərbaycan mətbuatı yazırdı. Əgər Azərbaycanda doğurdan da hüquq mühafizə sistemi varsa, niyə onlar bunun qarşısını almırdı? Mən bu mövzunun qabardılmasının tərəfdarıyam. Ona görə ki, mən istisna etmirəm ki, indiyə qədər Elşad Abdullayev və onun dəstəsinin arxasında duranlar yəni o kölgə idarə edənlər yenidən Misir Mərdanovu yenib, həmin o Beynəlxalq Universitetin fəaliyyətini bərpa etdirə bilərlər».

Hüquqşünas tələbələrə məsləhət görür ki, cəsarətli olsunlar və nə qədər gec deyil hüquq mühafizə orqanlarına müraciət etsinlər.

«Mən tələbələrin hamısına təklif etmişəm, ora qəbul olub indi kənarda qalanlara ki, hamınız respublikanın baş prokuroru Zakir Qaralova hamınız bu barədə müraciət edin. Qoyun cinayət işi qaldırılsın. Ona görə ki, orada iki halda cinayət hadisəsi baş verib. Bir qəbul olanda rüşvət alıb ediblər. İndi tələbələrin bəziləri deyir ki, biz yazarıq ki, rüşvət vermişik bizi məsuliyyətə cəlb edərlər. Xeyr. Əgər rüşvət verən şəxs özü bu barədə hüquq mühafizə orqanına müraciət edirsə, o, məsuliyyətdən azaddır. Necə olub oraya qəbul ediblər onu yazın və oxuduğunuz müddət ərzində sizdən təhsil haqqı nə alıblar onu da yazın. Ona görə ki, bir epizod rüşvət alma ilədir, ikinci epizod dələduzluqdur. Ona görə ki Elşad Abdullayev və onun dəstələri bilirdi ki, onlar ora qanunsuz qəbul olunmuşdu və Təhsil Nazirliyi onlara diplom verməyəcək».

XS
SM
MD
LG