Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:55

«Bakı Tikiş Evində heç bir problem aşkar olunmayıb»


Bakı Tikiş Evi
Bakı Tikiş Evi
“Bakı Tikiş Evi ASC-də istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələri müsbətdir. Heç bir problem aşkar olunmayıb”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AzadlıqRadiosuna belə deyib.

O bildirib ki, analizlərin yekun nəticələri yaxın 2 gün ərzində açıqlanacaq və digər kateqoriyalar üzrə də nəticələr müsbət olarsa, məktəbli geyimlərinə sertifikat veriləcək.

F.Talıblınin bildirdiyinə görə, araşdırma zamanı məlum olub ki, müəssisə məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri istehsalı üçün tələb olunan normativ sənədlərin bir qismi ilə təmin edilib, bir qismi ilə yox.

Hazırda məktəbli geyimlərinin tərkibi, təhlükəsizliyi və digər parametrlər üzrə QOST 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı əsasında Komitənin Təcrübə-Sınaq Mərkəzində analizlər aparılır. Analizlərin nəticələrindən asılı olaraq geyimlərin sertifikatlaşdırılması məsələsinə baxılacaq.

Bundan başqa, Bakı Tikiş Evi ASC “Məktəbli forması” adlı texniki şərt hazırlanmasını da öhdəsinə götürüb.
XS
SM
MD
LG