Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:44

Xristian rahibləri seksə icazə verilməsini istəyir


Roma Papası 16-cı Benedikt
Roma Papası 16-cı Benedikt
Roma Katolik Kilsəsinin 3 yepiskopu zahidlik andı, başqa sözlə nikahsızlıq əhdini (cinsi əlaqədən imtina andı) yenidən gözdən keçirməyi təklif edirlər.

Brüqqe yepiskopu Yozef de Kesel deyib ki, « kilsə rahiblərin uşaqbazlıq və ya cinsi zəmində başqa qalmaqallara qarışmasını istəmirsə, nikahsızlıq məsələsinə yenidən baxmalıdır. Hər hansı rahib və ya rahibə üçün bu əhdə sadiq qalmaq fiziki baxımdan mümkünsüzdürsə, onlara cinsi əlaqəyə girməyə icazə verilməlidir».

Bu həftə daha iki yepiskop da de Keselin fikirlərini müdafiə edib.

Yozef de Keseldən öncə bu vəzifəni tutan yepiskop bir azyaşlı uşaqla əlaqəyə görə yepiskopluqdan getmişdi. Belçikada artıq kilsələrdə 6 uşağın cinsi təcavüzə məruz qalması faktı təsdiqlənib.

Xristian kilsələrində uşaqbazlıq iddiaları son vaxtlar artıb. Hətta Roma Papası 16-cı Benedikt səfər etdiyi ölkələrdə bu olaylara görə üzr istəməli də olur.

Amma Vatikan Şərqi Avropa, Belçika, Böyük Britaniyada səslənən iddiaları hələ ki, qulaqardına vurur. Papa 16-cı Benedikt bildirir ki, tənqid edilsə də, zahidlik institutu şeytana qarşı tab gətirmək və günah işləməmək üçün ən yaxşı yoldur.

Belçikada aparılan rəy sorğularına əsasən, əhalinin əksəriyyəti düşünür ki, rahiblər arasında uşaqbazlıq iddialarının artmasının səbəbi onların cinsi əlaqədən imtina etməsi, normal intim həyatlarının olmamasıdır. Rəyi soruşulanların 69 faizi bu üzdən nikahsızlıq andının götürülməsini istəyir. Hər həftə kilsəyə gedən katoliklərin isə 73 faizi seksə icazə verilməsinin tərəfdarıdır.
XS
SM
MD
LG