Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:27

Jurnalist seçkiyə qatılsın ya qatılmasın?


Zeynal Məmmədli
Zeynal Məmmədli
“Jurnalistlərin millət vəkili kimi siyasətlə məşğul olması jurnalist etikası ilə uzlaşmır”. Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli deyib. Onun sözlərinə görə, jurnalist deputat olmağa cəhd göstərirsə və bu cəhd alınmazsa, karyerasına yenidən başlamalıdır:

ELƏ BİL SIFIR NÖQTƏSİNƏ QAYIDIRSAN

“Jurnalistlərin birbaşa siyasətlə məşğul olması, millət vəkili qismində siyasətlə məşğul olması O təbii ki, bir vətəndaşdır. O siyasətə qatıla bilər. O qatıldığı gün fərqində olmalıdır ki, artıq üzərinə siyasətçi imici yapışdırılır və onun nə vaxt jurnalist fəaliyyətinə, nə vaxt sırf siyasətçi kimi işi ilə məşğul olması auditoriyada çox çətin qavranılır. Artıq jurnalistikaya əlvida deməlidir. Seçilməyindən və seçilməməyindən asılı olaraq. Sən artıq seçilməsən belə jurnalistikaya geri qayıtmağı bilməlisən ki, ən azı bir müddət sənə yol bağlanıb. Təzədən özünü jurnalist kimi təsdiqləyənə kimi. Elə bil sıfır nöqtəsinə qayıdırsan”.

“Mən bilmirəm Zeynal müəllim nəyə əsaslanır”.

Bəxtiyar Sadıqov
Bunu isə “Azərbaycan” qəzetinin baş redaktoru, hazırda Milli Məclisin üzvü və deputatlığa yenidən iddialı Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, jurnalist Milli Məclisə kurs keçmiş, stajlı bir siyasətçi kimi qatılır:

JURNALİST ÖZÜ SİYASƏTÇİ DEMƏKDİR

“Əslində, mən hesab edirəm ki, jurnalist özü siyasətçi deməkdir. Yəni siyasətlə məşğul olan bir insan deməkdir. Bu o deməkdir ki, o baş verən siyasi proseslərin qaynağındadır, içindədir. Siyasi liderləri yaxşı tanıyır. Partiyaları yaxşı tanıyır. Onların platformalarını yaxşı bilir. Yəni hətta Milli Məclisə gedənə qədər ölkənin siyasi ab-havasında qaynamış, tanınmış, bərkimiş, dünyada nə var, nə yox bilən, baş çıxaran bir insandır. Deputat kimi daha tez alışır, daha səmərəli fəaliyyət göstərə bilir. Niyə jurnalistikadan uzaqlaşmalıdır?”.

SEÇKİLƏR DƏ BİR QAYNAR NÖQTƏDİR


Rauf Arifoğlu
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə hesab edir ki, bu mübarizədə jurnalistlərin iştirakını arzu edir. Baş redaktor deyir ki, çünki onların immuniteti artıq formalaşmış olur:

“Zeynal müəllim haqlıdır bir nəzəriyyəçi kimi. Normal - ceçkilərin demokratik keçirildiyi ölkələrdə bu baş verir. Azərbaycan hələ ki, bu standartlara cavab verəsi o seçkiləri keçirməyib bizim düşüncəmizlə, bizim qiymətləndirməmizə görə.

Ona görə də seçkilərə də biz demokratiya uğrunda və ölkənin daha da demokratikləşməsi istiqamətində bir mübarizə vasitəsi kimi baxırıq. Və bu mübarizə prosesində də daha çox məşhur imzaların, xüsusilə də jurnalistlərin iştirakını arzu edirik”.

Baş redaktor deyir ki, jurnalistlər qaynar nöqtələrdə olmağı tərcih edirlər. Onun sözlərinə görə, seçkilərdə qaynar nöqtələr sayıla bilər.

XS
SM
MD
LG