Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:41

Amerikanın yeni hərbi sirrlərini açıqlamaq istəyir


WikiLeaksin açıqladığı videodan kadr. Videoda ABŞ əsgərlərinin İraqda vertolyotdan insanları gülləbaran etməsi səhnəsi göstərilirdi
WikiLeaksin açıqladığı videodan kadr. Videoda ABŞ əsgərlərinin İraqda vertolyotdan insanları gülləbaran etməsi səhnəsi göstərilirdi

WikiLeaks internet portalı elan edib ki, yüz minlərlə növbəti ifşaedici sənədlərin açıqlanmasına hazırlaşır

İraq və Əfqanıstandakı hərbi əməliyatlarla bağlı məxfi sənədlərin dərc edilməsi ilə məşhur olan WikiLeaks saytı elan edir ki, tezliklə yeni ifşaedici faktları açıqlayacaq.

Yüz minlərlə hərbi sirr

Təşkilat Twitter şəbəkəsində yazır: “Növbəti 3 filmin hazırlığını uğurla başa vurduq. İşçi qrupuna və bizə dəstək verənlərə təşəkkürlər”

Newsweek yazır ki, açıqlanacaq sənədlərin həcmi əvvlkilərdən 3 dəfə böyükdür. WikiLeaksin Əfqanıstandakı hərbi əməliyyatlar haqqında yaydığı sonuncu məlumatlar 92 min məxfi sənəddən ibarət idi.

Sirrləri TV-də yaymaq istəyir

Hazırda WikiLeaks yeni məlumatların yayılması üçün dünyanın aparıcı TV kanalları və internet portalları ilə danışıqlar aparır. Sənədlərin ilk qrupunun artıq bir-neçə həftədən sonra açıqlanacağı bildirlir.

Sonuncu dəfə sənədlərin yayılmasında WikiLeaks Amerikanın The New York Times, Britaniyanın The Gardian və Almaniyanın Der Spiegel media qurumları ilə əməkdaşlıq edib. Bu dəfə Amerikanın populyar TV kanallarından birinin də həmin siyahıya əlavə olunması nəzərdə tutulub.

Insanlarin həyatına təhlükə hesab edir

Məxfi sənədlərin açıqlanması indiyədək Pentaqonun kəskin etirazlarına da səbəb olub. Amerikanın hərbi rəhbərliyi hesab edir ki, Wekeleaksin dərc etdiyi məlumatlar birbaşa milli təhlükəsizliyə zərbə vurur.

- Biz ümid edirik ki, WikiLeaks bu sənədləri dərc etməyəcək, insanların həyatını təhlükəyə məruz qoymayacaq. – deyə Pentaqonun nümayəndəsi polkovnik David Lapan avqust ayında bəyan etmişdi.

- Bizi narahat edən odur ki, yeni sənədlərin açıqlanması indiyədək kəsb edən təhlükədən də böyük ola bilər. – David Lapan əlavə edib.

Başqalarının sirrini açır, öz maliyyə mənbəyini gizlədir

Başqalarının sirrlərini açıqlayan WikiLeaks özünün maliyyə mənbələri haqda məlumatları ictimaiyyətə açıqlamağa tələsmir.

Bir sıra təşkilatların və hətta hökumətlərin ürəyindən WikiLeaksin fəaliyyətinə son qoymaq keçir. Portalın rəsmi nümayəndəsi Julian Assagneyə qarşı İsveçdə hətta cinayət işi qaldıraraq onu həbs etməyə cəhdlər olub.

Ona görə Julian Assagne hesab edir ki, maliyyə mənbələrin açıqlanması onların işinə təzyiq göstərməyi asanlaşdıra bilər.
XS
SM
MD
LG