Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:43

quşdilixanəmirkülsoyuğu "ağğğbaaağğğ" (Romandan parça)


quşdilixanəmirkülsoyuğu

ağğğbaaağğğ

DO


Meşəlikdir. İslanıb. Onbeşində. Dərinliklərindədir. Qız. İslanıb. Saçlarıda. Tutqundur. Ayaqyalındır. Gözəldir. Qaşları da gözəldir. Uzunsifətlidir. Gözəldir. Qısapaltardadır. Yaraşır. İslaqlıqda. Gözəldir. Danışasıdır. Qarayanız. Hə. Genişsinəli. Hə. Gözəldir. Oxuyur. Şahbudaqda. Qaratoyuq. Qaratoyuq. Oxuyur. Ötür. Görünmür. Oxuyur. Sakitlikdə. Diksinir. Döndü. Özüdür. Sakitləşir. Qız. Qız. Dayanır. Üşüyür. Yaxınlaşır. Qaratoyuq. Hə. Qaratoyuq. Döyünür. Guppuldayır. Nəfəslidir. Dartınıb. Tarımdır. Nəmli. Üzü. Qızınkı.

Buludda. Ağacdan. Ucundan. Uçur. Baxır. Yuxarı. Uzanır. Dartınır. Boğazı. Gözəldir. Gözəldir. Yubkası. Yaşıl. Koftası. Məxməri. Qalanıb. Gözəldir. Uzaqlaşdı. Səsidə. Qaratoyuğun. Yorulub. Çöysüdü. Əyildi. Büküldü.

Erkəndir. Meşəlikdə. Oyanıb. Qalxıb. Qurdquşlar. Oyanıb. Çöllər. Oyanıb. Meşəlikdə. Oyanıb. Qalxıb. Durub. Heyvanlar da. Hamısını. Hə. Hamısını. Desənə. Oyananları. Hə. Desənə. Qızsa. Sa. Çöysüyərək. Çəkərək. Diziüstündə. Saçları. Başı. Əlləri də. Birüzü. Birgözü. Dizində. Deyəsən. Məncə. Yorğunluqdandır. İçinin. Canının. Yorğunluğundan. Qorxub da. O titrək. Hə. O kövrək. Elədir. Kimsəsiz. Elədir. Evsiz. Elədir. Eşiksiz. Elədir. Yatıbdır. Oyanma. Uyuyub. Günahdır. Səslənmə. Oxuma. Ötmə. Yatsın. Unutsan. Birazca. Unutsun. Hərşeyi. Özünü də.

Gözəldir. Oyanmayıb. Birtərəfi. Qaşından. Üzündən. Alnından. Azacıq. Görünür. Gözəldir. Xəbərsizdir. Çöldən. Özündən. Xəbərsizdir. Dünəndən. Xəbərsizdir. Sabahdan da.

Mışılmışıl.

Yetimdir. Anasızdır. Hardasan. Deyəcəkdi. Anasızdır. Aybala! Gecdir. Deyilməyəcək. Eşidilməyəcək. Torpaqdadır. Qaradadır. Yerdədir. Dərindədir. Uzaqdadır. Əlyetməz. Ünçatmır.

Ölsən də. Eh. Eh. Sağolmuş. Yox. Xeyir. Çətindir. Zordur. Nə danışırsan. Mən də. Hə. Yox. Zor. Nə deyim. Köçməkyi. Kömək. Birdir. Böyükdür. Rəhmandır. Rəhimdir. Uludur. Görəndir. Biləndir. O. O. O.

Yatıbdı. Sakitlikdir. Meşələrdir. Ağaclar. Ağaclar. Ağaclar. Candır. Canlıdır. Qızı da. Qorxusun da. Həyəcanın da. Nəvarsa. Çəkiblər. Sorublar. Qızı. Uyuyanı. Gözəli. Onbeşindəkini. Hə. Hə. Udublar.

Qız. Heyf. Qız. Vallah. Qız. Sözsüz. Qız. Mələkdir. Qız. Qız. Hə. Qız. Qalxmayıb. Oyanmayıb. Amma.

Ötür. Uzaqlarda. Hə. Ötur. Qaratoyuq. Hapop da. Neyləyək. Neyləməyək. Gözləyək. Ölməyək. Seyredək. Baxaq.

Yatıbdır. Meşəlikdə. Ağaclarnan. Göyünən. Yerinən. Oyanmışlarnan. Oyanmamışlarnan. Gözəldir. Seviləsidir. Qəşəngdir. Titrəkdir. Ceyrandır. Yetimdir. Anasızdır. Vallah. Onsuzdur. Qız. Qız.
Yatıb. Dünən. O biri gün..
Yağmır. Soyuqdur. Meşəlikdə.

Re
Tam sakitlikdir. Qız yatır. Buludlar uçuşur. Meşədə soyuqdur. Quşlar oxuyur. Ağaclar nəmlidir. Yarpaqları nəmlidir. Danışırsan udulur. Oxunulan hopur. Nəm olur. Sakitləşir hərşey.

Yuxu görür. Anası cavandır. Saçlarını darayır. Evlərinin böyründə. Uşaq vaxtlarıdır. Uzundur saçları. Odun çinidir. Qabağında oturublar. Kötüyün üstündə. Anası oturub. Anasının önündədir. Anası darayır. Qapqara saçlardır. Anası sığallayır. Qəmlicəsinə oxuyur. Bu nədünyadır. Fanilik necədir. Analı olasan. Atalı olasan. Saçlarını darayalar. Ana oxuya. Zümzümə edə.qımı-qımı layla. Bayatı ağı. Sağ olmuş. Nə yoxdur. Ana oxuya. Ana oxuyur. Həm də ağlayır. «…Od zəmisinə, kimsənin balası, qalmasın əmisinə».

Niyə ağlayır - Ana, ağlama. Ana, qurbanın olum. Başına dönüm. Ölüm səninçün. Ağlama, ağlama.

- Ağlamıram sonam.
- Axı ağlayırsan.
- Bu ağlamaqdır?
- Bəs nədir.
- Ağlasam ölərsən.
- Ağlama, ay ana.
- Saçların gözəldir.
- Ağlama ay ana.
- Yumşaqdır saçların.
- Ağlama ay ana.
- Uzanıb saçların.
- Nolur ay ana.
- Saçların çiçəkdir.
- Ay ana, ay ana
- Balam göyçəkdir.
- Ay ana, ay ana.
- Canımda cansan.
- Ağlama, ay ana.
- Ölərəm səninçün.
- Ay ana, ağlama.
- Qurbanam saçına.
- Kiri, ana.
- Saçı sünbülüm.
- _____
- Balam, şəkərim.
- ____
- Qızım, körpəm.
- ____
- Torbada duzum.
- ____
- Balaca quzum.
- _____
- Balaca quzum.
- ____
- Baharım, yazım.
- Ay anaa aaaa.
- Ay varım-yoxum.
- ____
- Böyüsün balam.
- Ağlama ana.
- Məktəbə gedəsən.
- ___
- Kitab oxuyasan.
- ____
- Çantan olacaq.
- ___
- Qələmin olacaq.
- ____
- Dəftərin olacaq.
- ___
- Karandaşın olacaq.
- ____
- Dərsdən çıxacaqsan.
- ____
- Evimizə gələcəksən.
- ___
- Balam, a balam.
- Ana, ağlama.
- Ağlamıram qızım.
- Gözünü görürəm.
- Sənsiz neylərəm.
- Üzünü görürəm.
- Varım, dövlətimsən.
- Ağlamaq istəyirəm.
- Ağlama balam.
- Sən, niyə ağlayırsan.
- Anaya olar.
- Mənə də olar.
- Sən böyü.
- Böyüyəndə ağlayım?
- Onda da ağlama.
- Qoy darayım.
- Bax, ağlama.
- Saçını hörüm.
- ____
- Bantını bağlayım.
- ____
- Balaca balam.
- ____
- Gedək toyuqları,
Cücələri yemləyək.
- Öpüm səni.
- Haramdan ana.
- Yanaqlarından.
- Öp, ana.
- Sonra alnından.
- Mən də sənin.
- Sonra saçlarından.
- Sənin də ana.
- Sonra qucaqlayım.
- Mən də səni.
- Bağrıma basım.
- Mən də səni.
- Sinəmə qoyum.
- Mən də səni.
- Ürəyimi yarım.
- Mən də, ana.
- İçinə qoyum.
- Ana, ana.
- Orda qal.
- Ana, ana.

Qız oyanmışdı. Biləkləri yaşdı. Üstü islanıb. Üzü islanıb. Dağılmış saçı da. Yaylığı düşmüşdü. Uzanıb götürdü. Ovucunda xışmaladı. Qaratoyuq oxuyurdu. Nəmişlik çoxuydu. Meşədən uzaqlarda. Obalar qalxmışdı. Qoyunlar mələşirdi. Meşə eviydi. meşə içəriydi. Çox yağmışdı. Meşə islaqdı. Yarpaqlar suluydu. Qız üşüyürdü. Soyuq azıdı. İslandığından üşüyürdü. Uzuncasına oturdu. Qalxmaq istəmirdi. Keşkə oyanmazdı. Anasını görmüşdü. Ozamanlar tifildi. İndi böyüyüb. Anası torpaqlardadır. Anası yoxdur. Anası özüdür. Bu meşədə. Bu nəmlikdə. Sakitliyin dərinliklərində. Meşə də anadır. Aldatmıram səni. Ey tifil. Meşə anadır. Ananın bətnidir. Doqquzca ayındır. Bura gəlməliydin. Burdan keçməliydin. Burda xatırlamalıydın. Burda anasız. Hə, hə. Anasız olmalıydın.
Yenə tərpənmir. Sanki bitib. Sənmi ağacsan. Ağacmı qızdır. Nəsə düşünmür. Beləcə xoşdur. Çox xoşdur. Toxunmaq olmaz.

(Mən burda yazdıqca, danışdıqca indi o qız orada eşidir. Mənim danışdıqlarım onun içində olduğundan söylədiklərim qıza uzaq, aralıdır. Reaksiya da vermir. Yazdıqlarımı 200% eşidir. Yazmağımın ona dəxli yoxdur).

Mi
Söz soruşulmaz. Nəsə deyilməz. Hərşey artıqdır. Yeni ayılıb. Yuxuludan betərdir. Qorxusu çəkilib. Yuxu öldürüb. Qorxunu deyirəm. Təlaşlanmağı deyirəm. Təkliyini deyirəm. Yuxu gətirdi. Onu çoxaltdı. Xatirələri artdı. Anasını gördü. Uşaqlığıyla rastlaşdı. Gözünün önündədir. Uzağa çatacaq.

Kirpiyi açıqdır. Kirpikləri zilqaradır. Gözəl görsənir. Meşəni deyirəm. Onun kirpiyində. Meşə kirpiyindədir. Meşəyə qarışıb. Kirpiyi ağaclara. Kirpik budaqlara. Meşəyə qarışıb. Anası burdadır. Hələ getməyib. Gəlmək çətindir. Getmək də zordur. Asan nədir. Bura meşədir. Özgə nədir. Baxsan görməzsən. Bura doğmadır. Hər şey. Meşə mağaradır. Meşəlik monastırdır. Meşələr ibadətgahdır.

Yuxarı baxdı. Boynu dartındı. Boynu zərifdi. Rəngi qarayanızdı. Ağaclar sıxdı. Yuxarı qapalıdı.

İt hürdü. Çoban itiydi. Lap uzaqda. Meşənin qurtaracağında. Güneyin ətəyində. İt hürürdü. Kefinə hürürdü. Nəyəsə oxşamırdı. Qurd deyildi. Canavarlar olmazdı. Kefinə hürürdü. Özü də hərdən. Ara bir. Səs meşədəydi. Bura çatırdı. Meşədə qalınlaşırdı. Biraz ağırlaşırdı. Qız acıxmışdı. Bədəni də açılırdı. Səs meşədəydi. İtin səsi. Kömək edirdi. Ağaclar zərərsizləşdirirdi. Dərinliklər insanlaşdırırdı. İt səsini. Səs dəyişirdi. Qız duyurdu. Lap böyründə. Lap yaxında.
Meşə qız. Qız üşüyəndir. Qız səs. Səs dəyişəndir. İt uzaqdadır. Səsi meşədədir. Meşə də qızdır. Bəsdir deyirəm. Bu qədər. Kim var. Heç kim. Qız darıxmır. Əsas budur. Sakitlikdə olmur. Rütubətdə olmur. Meşədə olmur. Qıza darıxmaq.

http://doqquziklim.net/?p=888
XS
SM
MD
LG