Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:19

Yeni büdcənin köhnələrdən fərqi nədir?


Pənah Hüseyn
«Ölkənin investisiya siyasəti tamam köhnə kolxoz dövründə olan şəkildə aparılır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat Pənah Hüseyn büdcə layihəsini müzakirə edərkən deyib. Onun sözlərinə görə, yeni büdcə layihəsi o biri illərdəki layihədən heç nə ilə fərqlənmir:

«Büdcə layihəsi əvvəlki illərdə verilmiş sənədlərdən öz strukturuna görə heç nə ilə fərqlənmir. Orada bəzi rəqəmlərdə fərq vardır. Hətta bəzi sahələrdə geriləmələr var yenə. Məsələn deyək ki, 2006-cı ildən başlayaraq hər il büdcə sistemi haqqındakı qanunda ifadə olunduğu kimi investisiya layihələri haqqında məlumatları özündə əks etdirən investisiya layihələrinin sadalandığı sənədin də bura əlavə olunmasını tələb edirdik. 2006-cı ildən bizim səylərimizdən sonra 2008-ci ildə bu adla sənədin guya daxil olması yazılmışdı. Məsələn bu il ümumiyyətlə belə sənəd yoxdur prezidentin göndərdiyi paketdə. Çünki son beş ildə sənədi təqdim edə bilmirlər. Çünki ölkənin investisiya siyasəti tamam köhnə kolxoz dövründə olan şəkildə aparılır. Əvvəl pul ayrılır sonra onun hara xərclənəcəyi müəyyənləşdirilir. Və yaxud artıq guya pul xərclənib. Pul ayrılıb görülən işlərə və yaxud görülməyən işlərə verilir».

BÜDCƏNİN XƏRC HİSSƏSİ MƏNİMSƏNİLİR

Pənah Hüseynin sözlərinə görə, yeni büdcə layihəsi də qeyri-şəffaf və qeyri-sosial büdcə olaraq qalmaqdadır. Onun sözlərinə görə, 2010-cu il büdcədəki azalmaları böhranla əlaqələndirirdilər və azalmaları neft hesabına doldururdular:

«Amma biz hesab edirik ki, bu azalmaların səbəbi heç də böhran deyildi. Sadəcə olaraq dövlət büdcəsindən bir tərəfdən xərc hissəsi müxtəlif yollarla mənimsənilir. Ona görə bunun xərc hissəsi süni şəkildə artırılır. Bunların bir çoxu təyinatına görə yox, korrupsiya şəklində mənimsənilməyə gedir. Gəlir hissəsi isə gizlədilir. Hamı bilir ki, qiymətlərin ciddi bir şəkildə artımı gömrükdən real alınan o gömrük haqları ki var, bunların artması ilə bağlıdır.
Nazim Məmmədov
Bir çox sahələrdə məsələn tikinti sahəsində az qala 50 faiz real alınan pul artıbdır. Digər başqa sahələrdə də belədir. Qiymətlər də indikatordur, ona görə artıbdır. Gəlir axı büdcəyə getmir, bu axı ayrı-ayrı məmurların və yaxud ümumi «obşak»ın, yəni mərkəzləşdirilmiş qaydada deyilənə görə yığılır vəsaitlər ora gedir. Bu baxımdan da inkişaf deyilən şeyin büdcədə görünməməsi korrupsiya ilə bağlıdır».

Milli məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Nazim Məmmədov isə hesab edir ki, builki büdcə layihəsi artımla proqnozlaşdırılır və bu Azərbaycanın potensialının artması deməkdir.

AZƏRBAYCANIN POTENSİALI ARTIR

«Azərbaycanın dövlət büdcəsi hər il qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsi ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarının ayrı-ayrılıqda sifarişləri əsasında xərc hissəsi müəyyənləşir. Həm də gəlirlər hissəsi, təbii ki, dövlət büdcəsinə gəlirləri təmin edən həm Vergilər Nazirliyi, həm Gömrük Komitəsi, həm digər iqtisadi fəallıqla bağlı, həm də təbii neft fondundan transferlər hesabına formalaşır. Və biz rəqəmlərə baxdıqda dövlət büdcəsi 2011-ci ilin layihəsi artımla proqnozlaşdırılır. Bu bir daha o deməkdir ki, Azərbaycan öz potensialını artırmaqda davam edir».

Nazim Məmmədov bildirib ki, büdcədə neftdən gələn transferləri və xərclər hissəsini çıxmış olsaq büdcədə tarazlıq yaranar və investisiya layihələrini həyata keçirmək mümkün olmaz. İnvestisiyaların qoyulmasına gəldikdə isə deputat hesab edir ki,
Məhəmməd Talıblı
bunlar institutlar tərəfindən araşdırılmalıdır.

«İnvestisiya qoyulur, qoyulmur, bu, başqa mövzudur. O investisiyaların real qoyulması üçün təbii ki, institutlar mövcuddur. Hesablama Palatası mövcuddur, millət vəkilləri mövcuddurlar, Parlament, ictimaiyyət, QHT və digərləri mövcuddur. Bunu biz qarşılaşdırmayaq».

NEFTİN BÜDCƏDƏ DOMİNANTLIĞI ARTIR


Milli Büdcə Qrupunun üzvü, iqtisadçı-ekspert Məhəmməd Talıblı isə neftin büdcədəki dominant rolunun artmasından narahatlığını ifadə edib. O deyib ki, büdcənin gəlirləri onların xərcini təmin edə bilmədiyindən ölkənin iqtisadi siyasətini həyata keçirmək üçün büdcə zəif bir alətə çevrilib.

«Ümumilikdə, bu il daha çox büdcədə görünən və təkrar-təkrar ifadə olunan məqamlar odur ki, yenə də neftin büdcədə dominant rolu artır. Və bu ağırlığın büdcədə uzun müddət il ildən artmasına baxmayaraq, buna bir ciddi izahat gətirən hələ bir hökumət nümayəndəsi tapılmayıb ki, bu büdcə ilə biz hansı planlara doğru gedirik. Hansı bir ölkədə büdcə təyin olunur ki, büdcənin gəlirləri onların xərcini təmin edə bilmir. Bu o deməkdir ki, ölkənin iqtisadi siyasətini həyata keçirmək üçün büdcə çox zəif bir alətə çevrilib».
XS
SM
MD
LG