Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:04

Türkiyə mədəniyyət nazirinin "Oxu zalı"na müsahibəsi


Ərtuğrul Günay
Ərtuğrul Günay
Türkiyə mədəniyyət naziri Ərtuğrul Günayın "Oxu zalı"na müsahibəsi. Onunla Türkiyənin ilk 100 faiz elektron kitabxanasının - Adnan Büyükdeniz Dijital Kütüphanesi-nin açılış mərasimində İstanbul müxbirimiz Mais Əlizadə söhbətləşib.


Sual: Türk ədəbiyyatının dünyada tanıdılması üçün hansı işləri görürsünüz?

Xaricdəki kitab yarmarkalarında iştirak edən nəşriyyatlara dəstək verirsinizmi? Nazirliyinizin büdcəsində buna pul ayrılırmı?


Cavab: Türkiyənin dünyada tanıdılması bizim üçün çox mühümdür.

Nazirliyimizin gördüyü işlərin başında Türkiyənin dünyada tanıdılması gəlir. Biz ölkəmizin dünyada tanıdılması üçün hər il təxminən 100 milyon dollar pul xərcləyirik.

Dünyanın önəmli kitab yarmarkalarının hamısında iştirak edirik.

Bundan başqa, xarici ölkələrdə ədəbiyyatımızın təbliği işə ilə ciddi məşğul oluruq. Müxtəlif ölkələrdən yazıçı və sənətkarları Türkiyəyə dəvət edir və onların öz ölkələrində Türkiyə ilə bağlı yazılar yazmalarına çalışırıq.

Sual: Kitablarını dünyada tanıtmağa çalışdığınız Türk yazarlarının dünya görüşünün nazirliyiniz üçün önəmi varmı?

Hökumətinizə müxalif olan yazarları da xaricdə tanıtmağa çalışırsınızmı?


Cavab: Biz müxtəlif ölkələrdən fərqli dünya görüşü olan yazarları, rejissorları Türkiyəyə dəvət etdiyimiz kimi, bizə olan münasibətinə fərq qoymadan Türkiyənin önəmli yazar və sənətkarlarını da dünyada tanıdırıq.

Bizim siyasi dünya görüşümüzü bölüşüb-bölüşməmələri önəmli deyil.

İlk 100 faiz elektron kitabxanada
Sual: Yəni, iqtidarınızı tənqid edən yazarı bir küncə sıxışdırmaq sizin siyasətiniz deyildir, eləmi?


Cavab: Bilirsiniz ki, Türkiyə daha plüralist bir ölkədir.

Biz özümüzü başqa ölkələrlə müqayisə etmirik. Keçən il mən Frankfurt kitab yarmarkasının şərəf qonağı idim.

Orada Türkiyədəki bütün fikir və düşüncələri təmsil edən yazarların kitablarını nümayiş etdirdik.

Bir çox yazar da mənimlə oraya getdi.

Yəni, Frankfurt kitab yarmarkasında Türkiyədən qatı dindar yazarlar da, ateist yazarlar da vardı.

Sual: Teatrların inkişaf etdirilməsinə çox önəm verirsiniz. Bələdiyyə teatrlarına da dəstəyinizi əsirgəməyəcəyinizi deyirsiniz.

AKP-çinin sədr olduğu bir bələdiyyənin teatrının Əziz Nesinin pyesini səhnəyə qoyacağına inanırsınızmı?


Cavab: Təbii ki. Keçən il Diyarbakırdakı dövlət teatrlarımızda kürdcə pyes də tamaşaya qoyuldu.

Türkiyədə ilk 100 faiz elektron kitabxananın açılışı
Səhnələrimiz hər cür dünyagörüşünü təmsil edən dramaturqların əsərlərinə açıqdır.

Fərqli dünyagörüşünə mənsub olan əcnəbi dramaturqların da əsərləri bizdə tamaşaya qoyulur.

Hal-hazırda Türkiyədə 50-dən çox dövlət teatrı var. 10-dan artıq da özəl teatr var.

Gələn il özəl teatrlara 2 milyon dollardan artıq yardım etməyi nəzərdə tutmuşuq.

Dövlət özəl teatrların inkişaf etdirilməsi üçün o teatrların yaradıcılarına hər cür köməyi göstərir.
XS
SM
MD
LG