Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:11

«Seçkini saxtalaşdıranlara «Quran» qənim olsun!»


Bahar Muradova
Bahar Muradova
84 saylı Füzuli seçki dairəsi

Məhəmməd Həsənov (müstəqil)

- 1995-96-cı ildə 4 ölüm işini batıran sabiq prokuror Yusif İsa Oğlu Qocayev məni işdən qanunsuz olaraq çıxarıb. Ali Məhkəmə isə məni çağırmadan saxta qətnaməni təsdiq edib. Bu gün də məhkəmələrdə haqsızlıq o qədərdir ki, hər il Avropa Məhkəməsi Azərbaycan məhkəmələrinin neçə qərarını ləğv edir, Məhəmməd Əmin Rəsulzadə dövlətçiliyi haqsızlıq məngənəsində boğulur.

Bahar Muradova (YAP)

- Opponentim neçə ildir işsizdir. Əgər o mənə müraciət etsəydi, mən ona yardım göstərə bilərdim. Çünki bu gün, doğrudan da, Füzulidə hüquqşünaslara böyük ehtiyac var.

Məhəmməd Həsənov (müstəqil)

- Mən 14 il işsiz qaldığım halda saxtakar prokuror Yusif Qocayev hazırda hüquq mühafizə orqanlarında çalışır. Əziz füzulilər, mümkün qədər işsizlərin işlə təmin olunmasına kömək edəcək, ünvanlı sosial yardım, banklarda qalan əmanətlərinizlə, işıq, su, mənzil problemlərinizlə maraqlanacağam. Mən də sizin kimi 15 ildir qaçqın şəhərciyində yaşayıram. Biz uçuq fin evləri, çiy kərpicdən olan komalarda, yataqxanalarda qalmışıq. Yeni qəsəbələr yaxşı olsa da, işsizlikdən həftələrlə ət üzü görməyənlər vardır. Qətiyyətli olub mənə səs versəniz, qardaşınız kimi nə mümkündür edəcəyəm.

QƏSƏBƏLƏRDƏ YAŞAYANLARIN ƏT TAPMAMASI HƏQİQƏT DEYİL


Bahar Muradova (YAP)

- Özünə 10 ildə iş tapmayan işsizlərə necə iş tapacaq, onu qoy özü izah etsin. Amma yeni qəsəbələrdə yaşayanların ət tapmaması qətiyyən həqiqət deyil. Fin evləri isə dövlət proqramı çərçivəsində tezliklə qəsəbə halında yenidən tikiləcək.

Məhəmməd Həsənov (müstəqil)

- Əgər sabiq deputatımız Bahar Muradova adı çəkilən Füzuli qaçqın şəhərciklərinin hər hansı birində mühafizəçisiz, polisin və icra hakimiyyəti nümayəndələrinin iştirakı olmadan küçənin birinin bu başından o biri başına vətəndaşların arasından keçib gedə bilsə, namizədliyimi geri götürürəm.

Bahar Muradova (YAP)

Hansı dairdən kim?
- Çox sağ olun mənim həyatım üçün narahatlığınıza görə, amma özünüzlə məşğul olun.

SAXTALAŞDIRANLARA “QURAN” QƏNİM OLSUN!


Məhəmməd Həsənov (müstəqil)

Məhəmməd Həsənov
- Üzümü seçki komissiyalarının bütün ailə üzvlərinə tuturam: seçkini saxtalaşdıranlara “Quran” qənim olsun!

Bahar Muradova (YAP)

- Seçki qanunvericiliyi qarğışı qadağan edirmi?

Məhəmməd Həsənov (müstəqil)

- ATƏT-in müşahidə missiyasından 84 saylı Füzuli seçki dairəsinə daha ciddi müşahidəçi göndərməyi xahiş edirəm.

SƏFƏR ƏBİYEVİN BUNDAN XƏBƏRİ YOXDUR


Bahar Muradova (YAP)

- Bu xahişi mən ATƏT rəsmilərinə rəsmən etmişəm.

Məhəmməd Həsənov (müstəqil)

- Füzuli ərazisində olan əsgərlər, sizə tapşırılan namizədə yox, istədiyinizə səs verin. Mən sizin ərzaq və incidilmək məsələlərinizlə şəxsən maraqlanacağam.

Bahar Muradova (YAP)

- Səfər Əbiyevin bu namizəddən xəbəri olsaydı, özünə köməkçi götürərdi.

SONDA GÜLƏN, BƏRK GÜLƏR


Məhəmməd Həsənov (müstəqil)

- Cəfər Cabbarlı deyir ki, “sonda gülən, bərk gülər”.

Bahar Muradova (YAP)

- Sizin bərk gülüşünüzü eşitməmişəm.

Məhəmməd Həsənov (müstəqil)

- Nizami Gəncəvi deyir ki, “bir kimsə xəstəlik çəkməzsə əgər, bilməz nələr çəkir dərddən xəstələr”.

Bahar Muradova (YAP)

- Bilmək azdı. Onu həll etmək iqtidarında olmaq lazımdı.
XS
SM
MD
LG