Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:51

«Ermənistan bir şirkətə oxşayır»


Ermənistan bu il biznes aparmağın sadəliyi üzrə reytinqdə 5 pillə geriləyib
Ermənistan bu il biznes aparmağın sadəliyi üzrə reytinqdə 5 pillə geriləyib
Ermənistan bu il biznes aparmağın sadəliyi üzrə reytinqdə 5 pillə geriləyib. Dünya Bankının «Doing Business» hesabatına əsasən, Ermənistan 183 ölkə arasında 48-ci yerdədir.

Erməni biznesmenlər danışır ki, Ermənistan bir şirkətə oxşayır, elə hey ondan-bundan nə isə alır, ancaq heç nə satmır. Bununla belə, son illər Ermənistan innovasiya biznesi yolunu tutub, ən azından yüksəkvəzifəli şəxslər innovasiya təşəbbüsünü dəstəkləməyə başlayıblar.

İdman və Gənclər nazirinin müavini Arsen Karamyan:

«Bizdə siyasi fəallıq çox inkişaf edib, ancaq iqtisadi fəallıqla bağlı vəziyyət fərqlidir. Hökumət yeni bizneslərə hərtərəfli kömək etməlidir. Gənc biznesin inkişafı üçün vahid konsepsiya olmalıdır. Kimin yaxşı, sağlam ideyası varsa, dövlət tərəfindən dəstəklənməlidir. Ən vacibi sərfəli kreditlər vasitəsilə maliyyə dəstəyidir».

Menecment Layihələri Assosiasiyasının direktoru Albert Poqosyanın Böyük Britaniyada öz biznesi olub. Danışır ki, o, ilk 2 il ərzində istənilən növ vergidən azad edilmişdi. Ermənistanda isə vergilər problem olaraq qalır:

«Süni maneələr var, hansılar ki, pul almaq üçün mövcuddur və biznesə mane olur. Məsələn, biz mal idxal edirdik, mala dəyərindən artıq vergi qoydular. Bu qiymətə ancaq Amerikanın bahalı dükanlarında rast gəlmək olar.
Ermənistanda tikinti biznesinə başlamaq üçün 20 hüquqi proseduradan keçmək tələb olunur, icazəni isə 137 gün ərzində almaq mümkündür
Soruşanda ki, bu qədər vergi haradandır, bildirdilər ki, bu məhsul üçün belə müəyyənləşdirilib».

BİZNESMEN 24 GÜN VERGİ ÖDƏYİR

Dünya Bankının ekspertləri tikinti biznesi haqda da ayrıca araşdırma aparıblar. Ermənistanda tikinti biznesinə başlamaq üçün 20 hüquqi proseduradan keçmək tələb olunur, icazəni isə 137 gün ərzində almaq mümkündür. Araşdırma müəllifləri erməni biznesmenin vergi ödənişinə sərf etdiyi zamanı da hesablayıblar - 581 saat və ya 24 gün. Bu, Şərqi Avropada ən yüksək göstəricilərdən biridir.

ICT şirkətinin təsisçisi Edqar Xaçatryan artıq 3 ildir bizneslə məşğul olur. Deyir ki, Ermənistanda yaradıcı insanların sayı çoxdur, ucuz işçi qüvvəsi var, ancaq biznes üçün əlverişli şərait yoxdur. Yeni başlayan şirkətlər banklardan biznes-kredit ala bilmir.

Dünya Bankının məlumatına əsasən, biznes aparmaq üçün ən əlverişli şərait Sinqapurdadır. Ermənistanda isə biznesmenlərin fikrincə, vəziyyət çox pisdir.

Banklar krediti yüksək faiz dərəcəsi ilə verir: biznesin və kredit verən bankın ölçüsündən asılı olaraq 15-23 faizlə. Bundan əlavə, azı 6 aylıq biznes fəaliyyəti ilə məşğul olmaq şərti də irəli sürülür.

Ermənistanda tütün fabriki
«6 aylıq fəaliyyətdən əlavə müsbət biznes göstəriciləri olmalıdır. Bu, faktiki olaraq mümkün deyil».

VERGİ ÖDƏSƏN DƏ, RAHAT YATMIRSAN

Arevik Simonyan aparıcı erməni modelyerlərindən biridir, eyni zamanda biznes-ledidir. 5 ildir Yerevan mərkəzində dükanını idarə edir.

«Verginizi ödəyin, rahat yatın. Bu, mümkün deyil. Vergi ödəsən də, rahat yatmırsan. Hər gün yeni, cəfəng qanunlar qəbul edilir ki, onlar da hər şeyi çətinləşdirir».

Vergilərə baxsaq, belə nəticəyə gəlmək olar ki, Ermənistana ən bahalı mallar idxal olunur və Ermənistan dükanlarından çox bahalı paltarlar satılır. Modelyer Simonyan paltarlarına verilən bu qiymətdən sevinsə də, yaranmış vəziyyəti anlaya bilmir:

«Bizə vergilərdən gəlmişdilər, məni inandırmağa çalışırdılar ki, paltarlarımız 15 min dollaradır. Mən əlbəttə sevindim ki, belə super dizaynerəm və Ermənistanda 15 minə paltar sata bilirəm. Həqiqətən belə modelyer olsaydım, heç olmasa Paris və Milanda öz dükanım olardı».

Bu ilin iqtisadi nəticələrini təhlil edərək, müəlliflər qeyd ediblər ki, Ermənistanda vəziyyət xüsusi dəyişməyib. Yeganə bir sahədən başqa. Dünya Bankının ekspertləri bildirir ki, xarici ticarətə dair qanunvericilikdə müəyyən islahatlar aparılıb.
XS
SM
MD
LG