Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:53

Naxçıvan parlamentinin tərkibi müəyyənləşib


Naxçıvan Ali Məclisnin binası
Naxçıvan Ali Məclisnin binası
Naxçıvan Ali Məclisinə seçilmiş 45 deputatdan 42-si Yeni Azərbaycan Partiyasının üzvüdür. Naxçıvan Ali Məhkəməsinin Rəyasət Heyəti 2010-cu il noyabrın 19-da seçkilərin nəticəsini təsdiq edib, Ali Məclisə 45 deputat yerinin 42-ni YAP-çılar, ikisini bitərəflər, birini isə AXCP üzvü tutub.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Naxçıvan təşkilatından “Turan”a bildirilib ki, AXCP adından Naxçıvan Ali Məclisinə 43 saylı Yuxarı Əylis Seçki Dairəsindən seçilən Əhəd Cəfərli AXCP-nin yox, KXCP-nin üzvüdür.

YAP-ın Naxçıvan üzrə rayon və şəhər təşkilatlarının sədrləri deputat olublar. Keçmiş deputatların çoxu yenə də mandat qazanıblar. Qadın deputatlaırn sayı 1-dən 6-ya qaldırılıb.

Ali Məclisin sədrini 45 deputat seçəcək. Seçkilərdən sonra keçiriləcək ilk sessiyada 45 deputatın səsverməsindən sonra Ali Məclisin sədrinin kimliyi bəlli olacaq.

Naxçıvan MSK-nın rəsmi məlumatına görə, seçkilər 45 dairə üzrə 316 məntəqədə keçirilib, 292 məntəqə açıq, 24-ü qapalı olub, 256.304 seçicinin 62%-i səsvermədə iştirak edib.
XS
SM
MD
LG