Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:03

««WikiLeaks»də yazılanlar mütləq araşdırılmalıdır»


Zahid Oruc
Zahid Oruc
“WikiLeaks dünyaya sübut etdi ki, informasiya nüvə silahı qədər təhlükəyə malikdir”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, bundan sonra informasiyalar daha çox qorunma tələb edəcək:

Müzakirələrdə iştirak edən politoloq Hikmət Hacızadə isə deyib ki, sadə vətəndaş kimi gizli məqamlardan xəbərdar olduğu üçün saytın yaradıcılarına minnətdardır:

“BİZ BUNLARI MÜTLƏQ BİLMƏLİYİK”

“Biz bunları mütləq bilməliyik. WikiLeaks-in hərəkətini alqışlayıram, bəyənirəm və bir sadə vətəndaş kimi sevinirəm ki, dünyada Culian Assanc kimi adamlar var və həqiqəti nə qədər ört-basdır etsən də üzə çıxacaq”.

“Ayna-Zerkalo” qəzetlərinin şərhçisi Nicat Səmədoğlu isə bu açıqlamaları atom bombasının partlamasına bənzədib:

Hikmət Hacızadə isə hesab edir ki, WikiLeaks-də yazılan məlumatlar mütləq araşdırılmalıdır:

Hikmət Hacızadə
“Orada yazılmışdı ki, Azərbaycan bankları İranın çirkli pullarını yuyur. Biz bunu araşdırmalıyıq ya yox? Konkret adlar qoyulmuşdu ki, filan-filan banklar İranın çirkli pullarını yuyur”.

Amma deputat Zahid Oruc məlumatları şişirtməyi və müharibə elan etməyi doğru saymır:

“NÖVBƏTİ SƏLİB YÜRÜŞÜNƏ KEÇMƏYİ DOĞRU SAYMIRAM”

“Mən araşdırılmamalıdır mövqeyini turtmuram. Mən reaksiyanın olacağını gözləyirəm və həm də istəyirəm. Amma onu demək istəyirəm ki, məhz bundan çıxarış edərək, növbəti səlib yürüşünə keçməyi doğru saymıram”.

Şərhçi Nicat Səmədoğlu da daxili təhqiqatın aparılmasını vacib hesab edir:

“Mən başa düşmürəm ki, niyə WikiLeaks-in açıqlamaları hər iki tərəfi coşdursa da, bir tərəf sakitlik nümayiş etdirir. Digər tərəf həddən artıq coşğunluq nümayiş etdirir. Banklara gəlincə isə bunların daxili tədqiqatı aparılmalıdır”.

XS
SM
MD
LG