Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Futbol Azərbaycana daha yaxın oldu


FIFA prezidenti Cozef Blatter 2018-ci ildə Dünya çempionatını qəbul edəcək ölkənin adını açıqlayır
FIFA prezidenti Cozef Blatter 2018-ci ildə Dünya çempionatını qəbul edəcək ölkənin adını açıqlayır
«The 2018 FIFA World Cup, ladies and gentlemen, will be organized in Russia».

Cəmi 8 il sonra Futbol üzrə Dünya Çempionatı Azərbaycanın bir addımlığına gələcək. Bu hüququ qazanan Rusiyanın çempionatın keçirilməsi üçün ayırdığı şəhərlərin arasında Soçi, Krasnodar, Rostov da var.

Digər şəhərlər Kalininqrad, Sankt-Peterburq, Moskva, Yaroslavl, Nijni Novqorod, Kazan, Saransk, Samara, Volqoqrad və uzaq Sibirdən Yekaterinburqdur.

Rusiya bu şəhərlərin hər birində 2017-ci ilə azı 40 min azarkeş tutumu olan stadion tikməyə söz verib. Üstəlik, infrastruktur layihələri, yollar, otellər, hava limanları. Ümumilikdə rəsmi Moskva Dünya Kubokuna ev sahibliyi etmək layihəsinə 300 milyard rubl- təxminən 10 milyard dollara qədər vəsait xərcləyəcək.

Rusiya Baş naziri Vladimir Putin çempionatın yüksək səviyyədə keçiriləcəyinə şəxsən söz verib:

«Mən şəxsən söz verirəm ki, Rusiyada 2018-ci il Dünya Çempionatı ən yüksək standartlarla keçiriləcək. Yeni modern stadionlar və infrastruktur mükəmməl və vaxtında tikiləcək».

Rusiyanın 2018-ci ildə ev sahibi olmaq hüququnu əldə etməsi elə də rahat olmayıb. Birincisi, hələ namizədlik mərhələsində rəqibləri Rusiyanın İngiltərə, London haqda mənfi fikirlər səsləndirməsi üzündən diskvalifikasiya edilməsini istəmişdi.

İNGİLTƏRƏYƏ SƏS VERƏN OLMADI

İkincisi, FIFA rəsmilərinin rüşvət alması iddiaları ümumilikdə seçim prosesinə kölgə saldı, amma ilk turdan sonra bu iddiaları FİFA ört basdır etdi.

Amma yekun mərhələdə Rusiya rəqiblərinin hamısından bir yerdə daha çox səs topladı. Rusiyaya 13, Portuqaliya-İspaniyaya 7, Hollandiya-Belçikaya 2 səs verilib. İkinci turda İngiltərəyə səs verənsə heç olmayıb.

Rusiyalılar FİFA-nın seçimini bayram edirlər
Rusiyanın qalib gəlməsi əsasən İngiltərəni favorit sayan bukmekerlər daxil, bir çoxlarını təəccübləndirib. Hətta Rusiya Baş naziri Vladimir Putin də özlərinə qarşı aparılan kampaniyaya etiraz olaraq Sürixə gəlməmişdi. Çoxları bunu Rusiyanın ev sahibliyini udacağına inanmaması ilə izah edirdi.

Rusiya Baş nazirinin müavini İqor Şuvalov da FIFA-nın qərarını tarixi adlandırıb:

«Mən söz verə bilərəm, hamımız söz verə bilərik ki, siz bu qərara görə peşman olmayacaqsız. Gəlin, tarixi birlikdə yazaq».

2022-ci il Dünya Kuboku üçün səsvermə də çox ciddi sürprizlə yadda qaldı. Burda bukmekerlər ABŞ-ın şanslarını yüksək qiymətləndirirdilər. Amma Azərbaycana daha yaxın olan Qətər qalib gəldi. Çempionata 40 milyard dollara yaxın vəsait xərcləyəcəyinə söz verən Qətər 14, rəqibi ABŞ isə 8 səs yığdı. Avstraliya, Yaponiya və Cənubi Koreya isə heç səs yığa bilməyib.
XS
SM
MD
LG