Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:36

«Əyalət insanlarının gözlədiyi iki televiziya proqramı var»


Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl
ONLAR FİKİRLƏRİ DAHA DƏQİQ İFADƏ EDİRLƏR

“Əyalətdə əsas problem informasiya qıtlığıdır”. AzadlıqRadiosunun “İşdən sonra” proqramında yazar-publisist Pərviz Cəbrayıl “Əyalət və Bakı” mövzusunda danışarkən belə deyib. Onun sözlərinə görə, əyalət və şəhər arasında fərq hiss olunur:

“Əyalətdə kortəbii, dumanlı şəkildə qəbul olunur ki, hər şey pisdir, hər şey axsayır, hər şeydə bir yarımçıqlıq, natamamlıq, qanunsuzluq var. Amma bunlar ümumi sözlərlə dərk olunur. Amma paytaxtda məsələn, məhz əyalətdən çıxıb gəlmiş işıqlı adamlar toplaşıblar. Onlar fikirləri daha dəqiq ifadə edirlər”.

PAYTAXTDA BƏZİ MƏSƏLƏLƏR NİSBƏTƏN RAHAT HƏLL OLUNUR

Hüquqşünas Erkin Qədirli isə bildirir ki, şəhər və kənd problemləri arasında fərqlər ciddi olmasa da, onun həllində müxtəlifliklər çoxdur:

“Məişət problemləri kənddə də şəhərdə də eynidir. Tualet, hamam, kanalizasiya, zibil, malların və xidmətlərin keyfiyyəti, hakimiyyətin dürüstlüyü. Bütün bunlar cəmiyyətin bütün təbəqələrini bu və ya digər dərəcədə narahat edir. Sadəcə, bir az paytaxtda bəzi məsələlər nisbətən rahat həll olunur. Çünki hakimiyyətin çoxpilləliyi burada daha çox özünü büruzə verir. Bakıda sakinlər rayon üzrə hakimiyyətdən o dərəcədə asılı deyillər. Çünki bilirlər ki, daha yüksək instansiyalar var. Rayonda bu çatımlılıq xeyli dərəcədə problemlidir v ə icra hakimiyyətinin başçısından çox asılıdır”.

BİR HAVA MƏLUMATI, BİR DƏ SİĞƏ PROQRANLARI

Erkin Qədirli
Pərviz Cəbrayılın fikirlərinə görə, əyalətdə kommunikativ əlaqələr demək olar ki, yoxdur:

“Əyalətdə informasiya qıtlığı, kommunikativ əlaqələrin yoxluğu var. Təbii ki, rayon yerlərində, kənd yerlərində bir televiziya ilə informasiya almaq mümkündür. Və o televiziyalarda demək olar ki, izlənilmir. Televiziyalarda izlənilən və gözlənilən iki proqram var. Biri xəbər proqramının sonunda efirə gedən hava haqqında məlumat, bir də yeni çıxmış siğə proqramları”.

HEÇ YERDƏ İCTİMAİ MÜZAKİRƏLƏR GETMİR


Erkin Qədirli isə deyir ki, bütün bunlar ictimai müzakirələrin olmamasındadır:

“Məsələ insanların səviyyəsində deyil, məsələ ondadır ki, gündəmi yarada biləcək format yoxdur. Heç yerdə ümumi ictimai müzakirələr getmir. Nə akademik çevrələrdə, nə televiziyalarda, nə Milli Məclisdə”.

XS
SM
MD
LG