Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:48

«Mənim üçün Obamayla işləmək çox asandır»


Dmitri Medvedev
Dmitri Medvedev
Dekabrın 24-də Rusiya prezidenti Dmitri Medvedev ölkə televiziyaları ilə canlı yayımlanan müsahibəsində bütün mövzulardan danışıb. İqtisadiyyatdan tutumuş, polisdəki islahatlara, ABŞŞ-la münasibətlərə qədər.

BİZ YENƏ İNKİŞAFDAYIQ

NTV-nin rəhbəri Konstantin Kulistikov, Birinci Kanaldan Konstantin Ernst və RTR-dən Oleg Dobrodeevə verdiyi müsahibədə Medvedev deyib ki, 2010-cu ildə ölkəsinin ən böyük uğuru iqtisadi böhrandan az zərərlə çıxması olub:

- Bizim iqtisadiyyatımız bu il geriləmədi, biz yenə inkişafdayıq, böyüyürük. Sözsüz ki, çətinliklər və boşluqlar da var. Ancaq yenə də sabit artımdan söhbət gedir.

D.Medvedev bir daha dövlətin uşaqların qorunması və daha çox uşaq siyasətini dəstəklədiyini bəyan edib.

Prezident həm Strateji Silahların İxtisarı – START müqaviləsi, həm də digər əməkdaşlıq məsələlərinə görə, ABŞ prezidenti Barak Obamanı da tərifləyib. Deyib ki, Obama «vədlərini yerinə yetirən»
Obama «vədlərini yerinə yetirən» liderdir
liderdir:

O, DİNLƏMƏYİ VƏ DANIŞMAĞI BACARIR

- Mənim üçün prezident Obamayla işləmək çox asandır. O dinləməyi və danışmağı bacaran şəxsdir. O, hər hansı stereotiplərin əsiri deyil. O elə bir adamdır ki, prinsipial olaraq, verdiyi sözləri tutmağı bacarır. Bu da siyasətdə çox vacibdir.

Prezident Medvedev jurnalistlərin «WikiLeaks» qalmaqalı, Xodorkovskinin işi, polisdəki islahatlar, korrupsiya və narkotiklərlə bağlı suallarına da cavab verib.

Medvedev deyib ki, polisdəki islahatlar Rusiyanın ədliyyə sisteminə olan inamı qaytarmaq üçün vacibdir. Polis qanunlara tabe olmalıdır, səlahiyyətlərdən sui-istifadə yolverilməzdir.

Prezidentin sözlərinə görə, Rusiyada məktəblərdə narkotiklərə aludəçilik çox ciddi problemdir. 160 min məktəbli narkotik asılılıqdan əziyyət çəkir və bunu belə qoymayacaqlar.

MƏHKƏMƏ QƏRARI OLMADAN...


Medvedev Xodorkovskinin həbsinə də münasibət bildirib
Həbsdəki oliqarx Mixail Xodorkovskiyə yeni ittihamların irəli sürülməsi və məhkəmə qərarı olmadan bəziləri tərəfindən günahkar sayılmasıyla bağlı isə prezident bildirib ki, heç kəsin məhkəmə qərarı olmadan fikir bildirməsi qəbuledilməzdir:

- Prezident kimi fikrim budur ki, nə prezidentin, nə də hər hansı başqa bir məmurun bu məsələ, ya da başqa bir məsələ ilə bağlı məhkəmə qərarı olmadan «günahkardır» və ya «günahsızdır» fikrini deməyə hüququ çatmır.

Baş nazir Putin dəfələrlə Xodorkovskinin oğru olduğunu və həbsdə qalmasının vacibliyini bildirib.

Medvedev «WikiLeaks» qalmaqalının ABŞ-la münasibətlərə təsir etməyəcəyini də deyib. O ABŞ-la casusların qarşılıqlı dəyişdirilməsinin də normal məsələ olduğunu bildirib.
XS
SM
MD
LG