Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:47

Tunisin yeni hökuməti bir araya gəlir


Tunis hökumətinin yeni kabineti bu gün görüşmək üçün yığışır. Buna baxmayaraq, kabinetə daxil olan dörd müxalifət nümayəndəsi artıq hökuməti tərk edib.

Onlar baş nazir Mohamed Ghannouchi hakimiyyəti tərk etmiş prezident Zine al-Abidine Ben Alinin bir çox müttəfiqini hakimiyyətdə saxlamasına görə tənqid edib.

Hökumət deyir ki, iğtişaşlarda 78 adam ölüb. Ölkə iqtisadiyyatına 2 milyard zərər dəyib.


23 il ölkəyə rəhbərlik edən prezident küçə etirazları sonrası Tunisdən qaçsa da, onun partiyası yeni hökumətdə daxili işlər, müdafiə, xarici işlər və maliyyə naziri postlarını saxlaya bliblər.
XS
SM
MD
LG