Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:14

Kiyan Xiyav "Haçansa burada top oynamışam" (Hekayə)


Evim şəhər mərkəzindən uzaq, bilim xiyavanında yerləşir.

bilim xiyavanından zindana qədər 100-150 metir olar.

torpaqlı bir küçədən üzü yuxarı getməlisən.

getdim.

bu an düz zindanın qabağındayam.

əlimi dışardan duvarına sürtə-sürtə gedirəm.

daşları sal-sal, və də çox tinkəlidir.

idman çantamda bir futbol topu var, bir cüt başmaq, bir cüt corab, bir köynək, bir tünikə.

salon düz zindanın qarşısındadır.

qabağında bir zantiya dayanmış, içində iki-üç polis, bir əsgər.baxıb huyuxub qalıram: bunlar mən gələn küçədən gəlmədilərmi indicə?!

Çox gözəl bir maşındır.

alməmmədli küçəsinin uşaqları, dayima onu sürürlər düşlərində. amma məçidin tabutu meyit qoxuyan kimi, o da nəsə qoxuyur.

baxıram.

içindəki iki-üç polis yoxdur.

Hava bir az soyuğa çalır, bir azacıq da od verir nədənsə.üşüyürəm, qızışıram, içimdə bir ac it sümük gəmirir.

kürəyimlə başım dartışmadadır.birində hava soyuq, birindəsə qızğın.

Beynimin qaranlığında bir əməkdaş öyrətməni düşünürəm.

erkən onu oxulumuzun sorumlusuyla bir yerdə görmüşdüm.

həyətin bir bucağında, öyrəncilər üzərinə bir şeylər yazmış duvara dayanmış, astaca himləşirdilər.

ikisinin də qaşında anlaşılmaz bir düyün.

çox görsəm də, fiqorlarını heç zaman anmadığım bir sorumlu, bir öyrətmən tayfası.

indi amma anıram.

bu an gördüm onları görməsəm də.kimlərinsə gözlərini oğurlar kimi baxdım.o yan-bu yana baxıb da göz altı baxdım.

zantiya artıq orada deyildi.

lapdan sevindim.istidənmi, soyuqdanmıydı, bilmədim.bilmədim, amma sevindim.

bir zantiya hızıyla həyətdən keçib, salon qapısına çatdım.zantiya oradaydı.

mən yetişər-yetişməz dal qapısı açıldı.

heç bir şeyi anlamadan, düşünmədən, sankı maşın lapdan məni somurdu.təkcə iki əl gördüm.

biri qapını açdı, biri qapını örtdü.dəlimi olmuşdum, yoxsa yuxumu görürdüm, anlamadım.

bir də baxdım, salon basamaqlarında oturmuşdum.

uzanıqlı bir durumda oturmuşdum.

elə bil heç özümdə də deyildim. bir şüt səsinə ayıldım kimi oldum.

qulam idı, salonun düz ortasından qapıya güpədi: qooool!

düşündüm. bura nə qədər gözəldir! mən haçansa burada top oynamışam.

burada qollar vurub da alqışlar qazanmışam.

Vay anam,vay!birdən mənə nə gəldi?!

yenə dəli mi oldum?

yenə yuxu mu görürəm?

burası haradır bə?!

bu maşının şüşəsinin ardından kı heç bir şey görünməyir!

üşüyürəm, qızışıram, burnumu bir yanıq qoxusu incidir.

gözlərimi açıram.

yox, mən maşında deyiləm, salondayam.

qulam aslan kimi bəkdə dayanmış.mənsurun qıçı qıçına dolaşır, babəkin ürəyi qalxır.

cəlil sol dizini tutmuş, mənsə bu başdan o başa driblləyərək, at kimi qaçmaqdayam.

hə, qaçıram,amma burası salon mu, yoxsa oxul həyəti mi, bilmirəm.

artıq bir oxul görünür gözümə.uzaqdan da deyl, lap da yaxından.oxul yerlə göy arasında tikilmiş.odla suyun arasında bir yer kimi.özü də daşdan tikilmiş.daşları zindan daşları cinsindən.

bu oxulda nə bir şey öyrədilir, nə bir şey öyrənilir. yalnız bir oxuldur daaa, yerlə göyün, odla suyun arasında.ortasından bir çay axır.bir çay kı qaranquş qanı deyirsən.

bir şeir yazıb rızaya oxuyuram.

rıza indi vəkildir.

yarğılamağa vurnuxur illərdir məni.şeiri düşünməyib də cırıb tökür o çaya.çayda balıq görünmür.amma hər çayın özünə özəl bir balığı var.mən gözümü açıram, köksümdə bir balıq çalıxlamadadır.

balıq qaranquş rəngində.balıq qızıl, balıq üzən, balıq qızılüzən balığı.dadlı, duzlu, gözəl, amma tor içində.öləcəyi, qalacağı bəlli olmayan bir balıq.

bu balığı seyr edirkən, boynumda bir qarmaq duydum.on barmaq bir qanlı qarmaq olmuşdu.

sağ yanımda oxul sorumlusuydu, sol yanımda əməkdaş öyrətmən.bir an qulamı düşündüm, salonun düz ortasından bir şüt nalladı:qooool!

hərəsinə bir şillə nallamaq içimdən keçdi.

amma mənsuru anarkən, qıçım qıçıma dolaşıb, babək kimi də ürəyim qalxdı.

içimdə olan hər şeyi qaytarıb qusdum.sonra bir ah çəkdim.

ürəyimsə şişib-şişib bir futbol topuna döndü.topum belə çantamda iztırabdaydı. və köynəyimin qan təri corablarıma qədər süzmədəydi.

Onlar məni görmürdülər.

amma mən onları görürdüm.

gözləri gözəl gözlükdə, özləri gözəl bir kot-şalvardaydılar, gözəl bir maşın içində.nə bilim, onlar bəlkə də özümün gələcək tipimidilər!

yoxsa zantiyanın böyük aynasında, bunca hər şey dəyişik görünməz ki!!!...

www.dayaq.org
XS
SM
MD
LG