Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:47

Gürcüstanda əhaliyə ərzaq vauçeri veriləcək


Tbilisi bazarı, 14 fevral 2011
Tbilisi bazarı, 14 fevral 2011
Gürcüstanda dekabrla müqayisədə yanvar ayında inflyasiya 2.1 faiz olub.

Bu dövr ərzində ərzaq və spirtsiz içkilərin qiyməti 4.2 % bahalanıb. Müvafiq olaraq, 85 dollara yaxın olan yaşayış minimumu da artıb.

«Qiymətlər artır deyə, istehlak səbətinin dəyəri və yaşayış minimumu da artır. Son 6 ildə yaşayış minimumu heç bu qədər yüksək olmamışdı. Ötən ayla müqayisədə bu minimum 129 laridən (72 dollardan) 150 lariyə (85 dollara) qalxıb».

Standartlaşdırma üzrə dövlət qurumunun rəhbəri Zaza Çelidzedir bunu deyən.

Prezident Mixail Saakaşvili isə fevralın 11-də parlamentdə çıxış edərkən ərzaq məhsullarının qiymət artımına toxunub və yeni təşəbbüsünü açıqlayıb: ƏHALİYƏ BİRDƏFƏLİK 30 LARİLİK ƏRZAQ VAUÇERİ VERİLƏCƏK:

«Bu gün bizim xalq üçün qiymət artımı və yaşayışın bahalılığından mühüm problem yoxdur. Bir dəqiqəlik təsəvvür edin ki, hər tetrisinin hesabını aparan ana səhər oyanıb 1.5 lariyə olan 1 kq qəndin qəfildən 3 lariyə, günəbaxan yağının 2 lari 40 tetridən 4 lariyə qədər artma xəbərini alanda, hansı hisslər keçirir. İşsiz ata üçün həmin səhəri təsəvvür edin, axşam evə qayıdıb sabahkı gün haqqında yoldaşına nə deyəcəyini, uşaqlarının gözünə necə baxacağını
Tbilisi bazarı
bilmir».

Ərzaq bazarında qiymətlərin nə qədər artdığını öyrənmək üçün «Dinamo» stadionunun yaxınlığındakı bazara yollandıq. Burada məhsullar topdansatış qiyməti ilə satılır, yəni tərəvəz, ət və süd məhsullarını bir neçə tetri ucuza almaq olar. Bazarın girişində kartof satılır, satıcı deyir ki, Türkiyə kartofudur:

«GÜRCÜ KARTOFU ÇOX BAHADIR. Marneulidə 1 lari 35 tetriyədir, onu bura gətirmək lazımdır. Nəqliyyat və yanacaq xərci var deyə, kartofun kiloqramı 1.5 lariyə başa gəlir. Belə olanda neçəyə satasan? Türkiyə kartofu 1 lari 20 tetriyədir, ancaq yenə də yaxşı satılmır. Gündə bir kisədən artıq satmıram. İnsanlar möhtac içindədir, dilənirlər. Gəlib bir kartof istəyirlər, yemək üçün hətta qurdlusunu da xahiş edirlər. Adamın lap yazığı gəlir».

Yaxınlıqdakı bir qadın isə soğan satır:

«Mənim satdığım soğan 2 lariyədir (təxminən 1 dollar 30 sent), ötən il eyni soğanı 80 tetriyə satırdıq (təxminən 45 sent).

Qiymət artımından bazara gələn alıcılar da şikayətlənir.

Tbilisi bazarı
«Çox almağa imkanımız yoxdur. Yaşamaq çətinləşib. Uşaqlar üçün meyvə, xüsusilə alma almaq olmur. 4-5 lariyədir. (2 dollar 25-80 sent) Olub ki, 2 ədəd alma almışam. Nə edim, axı uşaq istəyir...».

«Kartofa 11 lari (6 dollar) vermişəm, 7 kiloya yaxın aldım. Heç olmasa, 1 kilo soğan da almalıyam. Amma pul qalmayıb. Çox ehtiyacımız var, əziyyət çəkirik... SAAKAŞVİLİDƏN KÖMƏK ALIRIQ VƏ BUNUNLA YAŞAYIRIQ. Əsasən düyü, makaron, kartof və soğan, bir qədər günəbaxan yağı alırıq. Bunlara orta hesabla 40 lari (22 dollar 50 sent) veririk».

Gürcüstanda çörəyin də qiyməti artıb. Gürcüstan taxıla olan ehtiyacının 85 faizini idxal edir, cəmi 15 faiz yerli istehsalın payına düşür. Dünya bazarında taxıl ehtiyatının azalmasının Gürcüstanda çörəyin bahalaşması ilə nəticələnəcəyi istisna olunmur.

Tbilisinin mərkəzindəki dükanlardan birinin satıcısı bahalaşan məhsulların adlarını sadalayır:

«Qara çörəyin qiyməti artıb, indi 90 tetriyədir. Ağ çörək çoxdan bahalanıb – 500 qramlıq çörək 70-80 tetriyədir. Yarmanın qiyməti 10 tetri yüksəlib. Qarabaşaq 4 lari 50 tetri. Qənd əvvəl bahalandı, sonra ucuzlaşdı, indi 2 lari 30 tetriyədir...».

Gürcüstan Milli Bankının məlumatına əsasən, hazırda ölkədə 11.2%-lik inflyasiya var.
XS
SM
MD
LG