Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:04

Cabbar Savalanın apellyasiya şikayəti təmin olunmadı


Cabbar Savalan
Cabbar Savalan
Martın 7-də Sumqayıt Apellyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Cabbar Savalanın daha bir apellyasiya şikayətinə baxılıb. İclasa hakim Həmid Həmidov sədrlik edib.

Apellyasiya şikayətinə görə, Cabbar Savalan tutularkən müdafiə hüquqları pozulub. Onun tutulması barədə ailəsinə dərhal məlumat verilməyib, ifadəsi gecə saat 3-də alınıb. Üstəlik, bu şikayətə görə, C.Savalan psixoloji təzyiqlərə məruz qalıb.

Vəkil Anar Qasımov vəsatət qaldırıb ki, apellyasiya şikayətinə baxılarkən Cabbar Savalanın da iştirakı təmin olunsun. Vəsatət təmin olunmayıb. İkinci vəsatət Cabbar Savalanın tutulması zamanı hal şahidliyi etmiş şəxslərlə bağlı olub. Anar Qasımov həmin vəsatətin məzmununu bizə belə çatdırır:

«Cabbar Savalanın tutulmasına əməliyyatçı Faiq Mirzəyev rəhbərlik edib. Həmin gecə Faiq Mirzəyev başqa 3 əməliyyatda da iştirak edib. Biz xahiş etdik ki, həmin əməliyyatın protokolları gətirilsin və araşdırılsın ki, Cabbar Savalan tutularkən hal şahidliyi etmiş şəxslər həmin əməliyyatlarda da hal şahidliyi ediblər, ya yox».

Hakim bu vəsatəti də təmin etməyib.

2 saata yaxın davam edən prosesdə apellyasiya şikayəti təmin olunmayıb.

Vəkil Anar Qasımov dedi ki, yaxınlarda məhkəmə qarşısında Cabbar Savalanın zaminə buraxılması məsələsini qaldıracaqlar.

Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sumqayıt şəhər Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG