Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

DİN: 43 nəfər saxlanıb


Daxili İşlər Nazirliyi martın 11-də paytaxtda aksiya keşirmək istəyən gənclərdən 43 nəfərin saxlandığını deyir.

Polis əməkdaşlarının tələblərinə tabe olmayan 20 nəfərin işi məhkəməyə göndərilib. Yerdə qalan 23 nəfərsə xəbərdarlıq edilərək buraxılıb.

Nazirliyin saytında yerləşdirilən məlumatda aksiya haqqındada məlumat var.

«Saat 12-dən başlayaraq ümumi sayı 100 nəfərədək olan kiçik qruplar paytaxtın müxtəlif küçələrində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozublar. Həmin zaman metronun «28 may» stansiyası yaxınlığında toplaşmağa cəhd göstəriblər».

Məlumatda daha sonar deyilir ki, Azərbaycanın başqa yerlərində qanunsuz aksiya keçirmək cəhdi qeydə alınmayıb.

DİN «gələcəkdə toplantı adı altında ictimai qaydanı pozmaq və qarşıdurma yaratmaq niyyətində olanlar»a da xəbərdarlıq edir.

«İctimai təhlükəsizliyin təmin edilməsi naminə qanunvericiliyə zidd olan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır».
XS
SM
MD
LG