Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

Yaponiyada nüvə zavodu partlayıb


Yaponiya rəsmiləri bildirirlər ki, zəlzələdən soyutma sistemi sıradan çıxmış nüvə zavodunda baş verən partlayışda yalnız zavodun binası dağılıb. Nüvə reaktorunun özünü qoruyan metal örtük zədələnməyib.

Hökumət partlayışdan sonra zavodun ətraf ərazilərində radiasiyanın güclənməsi barədə əvvəl yayılan xəbərlərin doğru olmadığını bildirir.

Buna baxmayaraq, hər ehtimala görə zavodun 10 kilometr ətrafından əhali köçürülür. Binanın partlaması soyutma sistemi sıradan çıxmış reaktorun özünün də əriyə biləcəyinə qorxu yaradıb.

****

Yaponiya mediasının xəbərinə görə martın 12-də Fukushima Daiichi nüvə zavodunda partlayış olub, bir neçə nəfər yaralanıb. Həmin ərazidə güclü tüstü və radioşüalanma hiss edilir.

Martın 11-də baş vermiş 8.9 bal gücündə zəlzələdən bu stansiyanın soyutma sistemləri sıradan çıxmışdı.

Hazırda 10 kilometr ətrafdan əhali köçürülür.

Yaponiya rəsmiləri zəlzələ və ondan dərhal sonra baş vermiş sunamiyə görə 1000-dən çox adamın həlak olduğunu bildirir. İndiyə qədər 600 nəfərin həlak olduğu rəsmən təsdiqlənib.

Sunami dalğaları ölkənin şimal-şərq sahilləri boyunca minlərlə evi, maşını, gəmiləri yuyub aparıb.

ABŞ prezidenti Barak Obama təbii fəlakətə görə Yaponiyaya başsağlığı verib və bildirib ki, özünün ən yaxın müttəfiqi olan bu ölkəyə yardımlara hazırdır.

Sunami dalğaları artıq ABŞ və Latın Amerikası ölkələrinin sərhədlərinə çatıb.
XS
SM
MD
LG