Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:53

Gənclər dövlətdən nə istəsin?


Gülsel Səfərova
Gülsel Səfərova
Hüquqşünas Erkin Qədirli, Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova və «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı barədə danışırlar.

Gülsel Səfərova:

- Gənclərin sosial müdafiəsi və sağımlığı məsələsi ilə bağlı seksiyanın moderatorlarından biri mən idim. Orada çox maraqlı məsələlər ortaya çıxdı. Küçə uşaqları, internat və aztəminatlı gənc ailələrlə bağlı müxtəlif və çox maraqlı təkliflər oldu... Misal üçün orda belə bir məsələ qaldırıldı ki, 94-cü ildə gənclər hərəkatında olan QHT rəhbərlərinə - hansı ki, indi 35-36 yaşı var - ya ipoteka daha aşağı faizlə verilsin, ya da mənzillə təmin olunsunlar.

Xədicə İsmayılova:

- Niyə məhz 94-cü il?

Gülsel Səfərova:

- 94-95-ci illər, yəni gənclər təşkilatlarının yeni yaranma dövrü.

Xədicə İsmayılova:

- Niyə məhz 94-95-ci illər?

Gülsel Səfərova:

- Təklif elə idi.

Erkin Qədirli:

- Bizim tarix ümumiyyətlə, 93-cü ildən başlayır.(Gülür).

Gülsel Səfərova:

- 93-94-cü il. Daha çox mənim yadımda 94-cü il qalıb. Ona görə mən 94-cü ildən bu tərəfə deyirəm.

Xədicə İsmayılova:

Erkin Qədirli
- Çox maraqlı rəqəmdir. Niyə görəsən 94? Müstəqillik 91-ci ildən başlayır. Milli Azadlıq Hərəkatı 88-ci ildən başlayır. 94-cü ildə nə olub?

Gülsel Səfərova:

- Bu mənim sözüm deyildi. Təklif belə səslənmişdi. O sualın cavabını sonra özünüz jurnalist kimi araşdırarsınız.

Xədicə İsmayılova:

- Kim verdi o təklifi?

Gülsel Səfərova:

- Mən baxaram və sizə mütləq deyərəm.

Xədicə İsmayılova:

- Turqut bəy, bu proqramdan yararlanmaq üçün bəlkə hansısa imkanlar mövcuddur?

Turqut Qəmbər:

- Çətin. Bu dövlət proqramı da bundan əvvəlkilərdə olduğu kimi, kosmetik dəyişikliklər təklif edir. Bu kosmetik dəyişikliklər gənclərə heç bir ciddi fayda gətirməyəcək. Mən bu proqramın detallarını bilmirəm. Çünki iştirak etməmişəm bu müzakirələrdə. Ümumi ideya isə budur ki, bu, gənclərə xidmətdən daha çox, Azərbaycan iqtidarına xidmət etməkdir. Bu proqram Azərbaycan iqtidarına xidmət üçün yaradılıb ki, Azərbaycan gənclərini müxtəlif yollarla iqtidara bağlayıb, öz tərəfdarına çevirsinlər. Bu yerdə müxalif və ya müstəqil gənclərə yer yoxdur. Hələ ki, Bəxtiyar Hacıyev həbsdədir, Cabbar Savalanlını həbsə saldılar, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli həbsdədir. Yəni, ən perspektivli, ən savadlı gənclərimiz həbsdədir. Hansı dövlət proqramından danışmaq olar? Burda qərəz açıq-aydındır.

Gülsel Səfərova:

- Biz yalnız məsələyə mənfi tərəfdən baxsaq, onda gərək çıxıb gedək, başqa bir məkanda yaşayaq.

Turqut Qəmbər:

- Məkanı dəyişmək lazım deyil, düzəltmək lazımdır.

Gülsel Səfərova:

Turqut Qəmbər
- Düzəltmək deyirsinizsə, təklifləriniz varsa, mən işçi qrupunun üzvüyəm, siz bütün təklifləri mənə verə bilərsiniz.

Turqut Qəmbər:


- Siz nə vaxtsa məni və ya mənim kimi gəncləri müzakirəyə dəvət etmisiniz?

Gülsel Səfərova:

- Mən artıq Zaur Əkbərlə danışmışam, bir neçə insanlarla görüşlər keçirirəm. Sizinlə də görüşəcəyəm. Amma məsələ odur ki, biz gəncləri iqtidar və ya müxalifətə bölmürük. Bölən sizsiniz.

Turqut Qəmbər:


- Bölməsəydiniz, bizi ora dəvət edərdiniz.

Gülsel Səfərova:


- Mən öz adımdan danışıram. Çox xahiş edirəm, Azərbaycan gəncliyini iki hissəyə bölməyin. Bu, bizə yaraşmaz. Təklifiniz varsa, birbaşa buyurun. Mən burda, siz burda. Təklifiniz varsa verin. Yoxdursa, durub burda qarşı tərəfə replikalar, mənfi iradlar etməyin yeri yoxdur.

Turqut Qəmbər:


- Mən indi təklif verirəm. Azərbaycanda bütün həbs olunan aktiv gənclərin amnistiyası. Konkret təklif. Bacararsınız?

Gülsel Səfərova:


- Nəyi bacaracağam? Təklifi verəcəm.

Turqut Qəmbər:


- O proqram qəbul olunanda təklif keçsə, mən də bu sektordan gedərəm...

XS
SM
MD
LG