Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:41

Gürcüstan bu il 1 milyard dollarlıq xarici investisiya gözləyir


«BURA NÖVBƏTİ SİNQAPUR VƏ YA DUBAYDIR»

Gürcüstan bu il turizm və enerji sahəsində xarici investisiyanı iki qat artırılmasını, 1 milyard dollara çatmasını gözləyir.

Ölkənin iqtisadiyyat naziri Vera Kobalia mayın 5-də «Reuters» agentliyinə bildirib ki, xarici investorları ölkənin Qara Dəniz sahillərindəki ərazilərində, o cümlədən dağlıq regionda hakimiyyətin su-elektrik stansiyalarının tikilməsi və turizm layihələri cəlb edir.

O, ABŞ maqnatı Donald Trumpla martda imzalanan razılaşmanı xatırladır. Bu razılaşmaya görə, Gürcüstanda iki 40 mərtəbəli göydələn tikiləcək.

«Bu ona işarədir ki, biz getməliyik», -deyən nazir əlavə edir ki, Trumpın təşkilatı Gürcüstanda hər detalı götür-qoy edib və sonda qərara gəlib ki, investisiya qoymaq üçün burda əlverişli mühit var: «Bura həqiqətən də növbəti Sinqapur və ya Dubaydır».

Vera Kobalia
Trump Şirkəti bu müqaviləni Cənubi Qafqazda ən böyük investorlardan olan Gürcüstanın İpək Yolu Qrupu ilə bağlayıb. Binalardan birinin Tbilisdə, digərinin Batumidə inşa olunması nəzərə alınıb.

«SİYASİ RİSKİN HƏLƏ DƏ QALMASI SƏHV FİKİRDİR»

Kanada təhsilli xanım Kobalia deyir ki, ABŞ biznes cəmiyyətində Gürcüstana maraq olduğunu müşahidə ediblər.

Rəsmi rəqəmlərə görə, Gürcüstanda xarici investisiyanın faizi ötən il 16 faiz düşüb.
2008-ci ildə Rusiya ilə qısamüddətli müharibə Gürcüstanın iqtisadiyyatına böyük zərbə vurub.

29 yaşlı Kobalia deyir ki, bu gün ölkənin yüksək reytinqləri inamı bərpa etməyə kömək edə bilər: «Siyasi riskin hələ də qalması səhv fikirdir». O bildirir ki, hidro- enerji layihəsinə daha çox diqqət yetirən xarici sərmayəçilərdən biri də Türkiyədir.

GÜRCÜSTAN VERGİ GÜZƏŞTLƏRİ TƏKLİF EDİR

Kobalianın sözlərinə görə, Gürcüstan həmçinin Qara Dəniz sahillərindəki iki turizm bölgəsinə sərmayə yatırmaq istəyənlərə 15 illik vergi güzəştləri təklif edir.

Energetika naziri Aleksandr Xetaguri «Reuters» fevral ayənda verdiyi müsahibəsində bildirmişdi ki, ölkəyə Çexiya, Rusiya, Estoniya, Litva, Türkiyədə investorları tərəfindən sərmayə qoyulur.

Cənubi Koreya və ABŞ yeni hidro- enerji stansiyarın, elektrik xətlərinin tikilməsinə sərmayə qoyub.
XS
SM
MD
LG