Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:50

«Eurovision» həyəcanı...


Flora Kərimova
Flora Kərimova
«İşdən sonra» proqramında İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədli və müğənni Flora Kərimova «Eurovision»un yarımfinalı barədə fikirlərini bölüşürlər.

Flora Kərimova:

- Səs imkanı barədə heç nə deməyəcəyəm, ancaq bu ifa məni çox sevindirdi. «Eurovision» səhnəsində ifanı eşidəndə evdə əl çalırdım. Bizim şərhçilərin həyəcanı mənə keçmişdi. Bir az da ağladım. Bu ifanı eşidəndə, mənim gözümün qabağında Azərbaycan və onun bayrağı dayanır. Bu, bizim millətimizin və Azərbaycan olaraq ölkəmizin bərqərar olması deməkdir. Amma ölkəni bayraq və onun iştirakçıları təmsil edirsə, bayrağı da orda səslənən musiqi təmsil etməlidir. İngilis dilində oxumaq indi başa düşüləndir. Doğurdan da sözləri başa düşməlidirlər, çünki sözləri başa düşəndə, musiqiyə rəğbət daha da artır. Avropa stilində musiqi də yazmaq olar. Amma milli kolorit də olmalı idi.

Xədicə İsmayılova:

- Azərbaycanın bu tədbirə böyük miqdarda pul sərf etdiyi deyilir. Azərbaycan nümayəndə heyəti Düsseldorfda ən böyük nümayəndə heyətlərindən biridir. Bu müsabiqəyə bu qədər ciddi yanaşılmasına,
Tahir Məmmədli
bu qədər xərc çəkilməsinə necə baxırsınız?

Flora Kərimova:

- Biz indi-indi ayağa qalxırıq. Müharibə dövründə bu, siyasi münasibət baxımından bizə çox müsbət xeyir edəcək. Ucuz ətin şorbası olmur. Bu elə bir andır ki, burda qənaət etmək düzgün deyil. Yüzünü-yüz yerdə xərcləyirik.

Tahir Məmmədli:

- Mən Flora xanımla tamamilə razıyam. Ümumiyyətlə, mədəniyyətin təbliği məsələsinə bir kommersiya məsələsi kimi yanaşmaq bütün hallarda doğru deyil. Burda biz hər hansı maddi maraq güdsək, divident dalınca qaçsaq, onda lazım olan uğurları əldə etməyəcəyik. Elə məqamlar, elə prinsiplər var ki, orda pul qazanmağı düşünməkdənsə, pul xərcləməlisən...

XS
SM
MD
LG