Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:43

Həbs və əfv...


Namizəd Səfərov
Namizəd Səfərov
«İşdən sonra» proqramında hüquqşünaslar Fuad Ağayev və Namizəd Səfərov siyasi həbslərdən və əfv məsələlərindən danışırlar.

Namizəd Səfərov:

- Bəxtiyar Hacıyevi Azərbaycan gəncliyinin vicdan simvollarından biri hesab edirəm. Son zamanlar hakimiyyət tərəfindən gənclərə qarşı ardıcıl surətdə aparılan bu repressiyalar onu göstərir ki, bugünkü Azərbaycan gəncliyi aktiv şəkildə öz hüquqlarının, cəmiyyətin hüquqlarının müdafiəsinə qoşulub. Bu, çox təqdirəlayiq bir haldır. Heç birimizdə də şübhə yoxdur ki, Bəxtiyar Hacıyevə qarşı rəsmi surətdə irəli sürülən ittihamlar heç bir əsasa, hüquqi bazaya sığmır.

Fuad Ağayev:


- Alternativ xidmətlə bağlı məsələ qanunvericilik aktları səviyyəsində öz həllini tapmalıdır. Bunun məsuliyyətini Bəxtiyar Hacıyevin və digər gənclərin üzərinə qoymaq qəti şəkildə düzgün deyil. Bunun məsuliyyəti dövlətin üzərindədir. Bu məsuliyyət dövlətin pozitiv öhdəliyidir. Buna görə məsuliyyəti dövlət orqanları daşıyır. Bu, özü-özlüyündə artıq Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb olunması üçün əsas olmadığını nümayiş etdirir,
Fuad Ağayev
bunu isbat edir.

Namizəd Səfərov:

- Hazırda ona qarşı irəli sürülmüş ittiham verilməyə də bilərdi. Yüzlərlə insan var ki, Azərbaycanda həqiqətən də həqiqi hərbi xidmətdən boyun qaçırıb, başqa yerlərdə gizləniblər. Əksəriyyəti də vəzifəli şəxslərin uşaqlarıdır. O, tənqidi fikirlər söylədiyinə görə onu həbs ediblər.

Fuad Ağayev:

- Bu cür siyasət ona yönəlib ki, Bəxtiyar kimi, Emin kimi, Adnan kimi fəal, savadlı vətəndaşları qorxutsunlar. Bu, mənəvi terror xarakteri daşıyır. Cəmiyyətin, insanların özünü qoruma instinktindən istifadə etmək istəyirlər: Bu hərəkəti etsən, sən də cəzaçəkmə müəssisəsinə düşəcəksən...

XS
SM
MD
LG