Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

«Eurovision» üçün 1 ilə yeni kompleks tikmək mümkündürmü?


Mətbuat icmalı
Mətbuat icmalı
Qəzetlər yenə də «Eurovision»dan və gənclərdən yazırlar

«EUROVISION-2012» ÜÇÜN YENİ KOMPLEKS TİKMƏK ALINMAYACAQ.

Bunu «Azadlıq» qəzetinə memar Emil Axundov deyib.

«Müsabiqənin keçirilməsi üçün bütün tələblərə cavab verən yeni tikilinin bir ilə inşası bir qədər çətindir. Bu müsabiqənin müəyyən standartları olduğu üçün seçilən məkan ona cavab verməlidir. Düzdür, dəmir konstruksiyalar qurmaqla müvəqqəti konsert salonu hazırlamaq olar. Ancaq orda iştirakçıların hazırlanması üçün yer, tamaşaçılar üçünsə yeməkxana və digər labüd şəraitin təmin edilməsi vacibdir. Yəni, tələblər çox böyük olduğu üçün bir ilə çatdırmaq çətindir».

Emil Axundovun fikrincə, yeganə çıxış yolu Tofiq Bəhramov adına stadionu bir il müddətinə normal vəziyyətə gətirməkdir.

«Bizim yol» qəzeti də «Eurovision-2012» mahnı yarışmasına hazırlıqlardan yazır:

«EUROVISON-2012-Nİ XARİCİLƏR HAZIRLAYACAQ».

Ölkənin tanınmış rejissor və prodüserləri qəzetə deyiblər ki, onlara yarışmanın hazırlıqları ilə bağlı dəvət gəlməyib. Onlar hətta dəvət gəlsə, imtina edəcəklərini deyiblər. Bunu «belə möhtəşəm tədbirlər keçirməyə» hazır olmamaları ilə izah ediblər.

Mədəniyyət və Turizm Nazirliyindənsə «Bizim yol»a deyiblər ki, Təşkilat Komitəsinin toplantısından sonra bu haqda ictimaiyyətə məlumat veriləcək.

«AZƏRBAYCAN GƏNCLƏRİN İNQİLABINA HAMİLƏDİR».

«Yeni Müsavat» qəzetinə Müsavat Partiyasının keçmiş Divan üzvü İbrahim İbrahimli belə deyib.

«Dünyada, o cümlədən Azərbaycanda informativ inqilab gedir. Bu inqilabın hərəkətverici qüvvəsi konkret siyasi partiyalar yox, gənclərdir. Azərbaycan yeni gəncliyin həyata keçirəcəyi inqilaba hamilədir».

«Azərbaycan» qəzeti yazır: «Qəbələdə görkəmli qazax şairi Oljas Süleymanovun 75 illik yubileyi və Azərbaycanın «Dostluq» ordeni ilə təltif edilməsi ilə bağlı mərasim keçirilib».

Tədbirdə şair çıxış edib, Heydər Əliyevlə dostluq tarixçəsini danışıb.
XS
SM
MD
LG