Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

Yəmən prezidenti Səudiyyə Ərəbistanına gedib


Ali Abdullah Saleh
Ali Abdullah Saleh
Yəmən prezidenti Ali Abdullah Saleh müalicə üçün Səudiyyə Ərəbistanına gedib.

İyunun üçündə ölkə paytaxtı Sanaada prezidentin iqamətgahının atəşə tutulması nəticəsində Saleh və bir neçə dövlət məmuru xəsarət alıb.

Artıq xeyli vaxtdır ki, Yəməndə prezidentin istefası tələbilə kütləvi etirazlar keçirilir.

Son vaxtlar hökumət qoşunlarıyla yerli qəbilə liderinin silahlı birləşmələri arasında baş vermiş toqquşmalarda 100-dən çox adam ölüb.

Ölkənin bir sıra əyalətləri artıq hökumətin nəzarətindən çıxıb.

Analitiklər hesab edirlər ki, prezident Ali Abdullah Salehin ölkədən getməsi sabitliyin daha da pozulmasına səbəb ola bilər.

Ağ evin məlumatına görə ABŞ prezidenti Barack Obamanın terrorçuluqla mübarizə məsələləri üzrə köməkçisi şənbə günü Yəmənin vitse-prezidenti Abd-Rabbu Mansour Hadiylə telefonla danışıb.

Amma danışıqların detalları barədə məlumat verilmir.

HƏMÇİNİN OXU:
Yəmən prezidenti Mübarəkin yolunu gedir
Yəmən vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə
Yəməndə etirazçıların çadırlarına od vurulub
Yəmən prezidenti getməyə hazırlaşır


XS
SM
MD
LG