Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Yəməndə camaat prezidentin gedişini bayram edir


Yəmənin paytaxtı Sanada camaat prezidentin ölkədən gedişini bayram etmək üçün şəhərin mərkəzi meydanına axışır.

Qeyd edək ki, Yəmən prezidenti Ali Abdullah Saleh müalicə üçün Səudiyyə Ərəbistanına gedib.

Mayın üçündə ölkə paytaxtı Sanada prezidentin iqamətgahının atəşə tutulması nəticəsində Saleh və bir neçə dövlət məmuru xəsarət alıb.

Məlumatlara görə ölkənin bir neçə əyaləti artıq hökumətin nəzarətindən çıxıb.

Müxalifət 33 ildir ki, hakimiyyətdə olan Ali Abdullah Salehin istefasını tələb edir.
XS
SM
MD
LG