Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

Elmar Məmmədyarov: «Moskvada Dağlıq Qarabağa dair bəzi yeni irəliləyişlər olub»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«XİN rəhbərlərinin Moskva görüşündə razilaşdırlımamış bəzi məsələlərdə irəliləyiş olub».

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 13-də isveçli həmkarı Karl Bildtlə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iyunun 11-də Moskvada keçirilmiş görüşündə üç saata yaxın ciddi müzakirə gedib.

«Moskvada hələ də razılaşdırılmamış məsələlərə toxunmuşuq. Bəzi məsələlərdə doğrudan da irəliləyiş, yaxınlaşma var. Amma bəzi məsələlər hələ açıq qalır. Belə razılığa gəldik ki, bu məsələləri prezidentlərə məruzə edək. Əgər prezidentlər razılaşsalar yəqin ki, Kazan görüşündə onlara toxunacaqlar. Bizim toxunduğumuz məsələlərdə prezidentlər də razılaşsalar, bu regiona sülhün gəlməsi prosesinin başlanmasına böyük kömək edəcək».

Sülh danışıqlarını dəstəklədiklərini bildirən İsveçin xarici işlər naziri Karl Bildt isə deyib ki, Dağlıq Qarabağ nizamlanmasında irəliləyişə nail olmaq üçün bütün imkanlardan istifadə edilməlidir.


ƏLİ HƏSƏNOV: «KAZAN GÖRÜŞÜNDƏN ÇOX ŞEY GÖZLƏNİLİR»

Əli Həsənov

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin əldə olunmasının vaxtı yetişib».

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri də bu yaxınlarda bəyanat veriblər:

«Artıq münaqişənin tezliklə həll olunmasına dair ortada iradə mövcuddur. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən də çox şey gözlənilir. Həmsədr ölkələrin prezidentlərinin bəyanatında münaqişənin həlli ilə bağlı danışıqların intensivləşdirilməsi və sürətlənməsi çağırışları var. Bu baxımdan, Kazan görüşündə də bəzi irəliləyişə nail olmaq imkanları mövcuddur». /APA/


HƏMÇİNİN OXUYUN:

Prezidentlərin görüşünün vaxtı və yeri dəqiqləşib
Edvard Nalbandyan: «Azərbaycan razılıq versə...»
ABŞ, Rusiya və Fransa prezidentləri Qarabağ nizamlanmasını tezləşdirməyə çağırırlar
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
Vladimir Doroxin: «Dağlıq Qarabağ danışıqlarında ümidlər zamanıdır»
XS
SM
MD
LG