Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:12

Azərbaycanlılar Ermənistana qayıda bilərmi?


Əli Həsənov
Əli Həsənov

«Ermənistandan qovulan qaçqınlara Azərbaycan vətəndaşlığının verilməsi münaqişə həll olunandan sonra onların geri qayıtması üçün problem yaratmayacaq».

Bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə. Həsənov Heydər Əliyevin 2001-ci il tarixli sərəncamını xatırladıb. Ermənistan qaçqınları üçün qəsəbənin tikintisi haqqında həmin sərəncamın birinci bəndində «Ermənistan qaçqınları öz siyasi statuslarını, qaçqın statuslarını saxlayırlar» yazılıb:

«Onların həmin torpaqlara dönmə ixtiyarları və imkanları qalır. Daxildəki torpaqlar işğaldan azad olunandan sonra yəqin ki, növbəti mərhələdə bu məsələ müzakirə olunacaq. Azərbaycan heç vaxt bu torpaqlardan əl çəkə bilməz. Ora bizim dədə-baba torpaqlarımızdır. Ermənilər orada dövlətlərini yaradıb, bizim insanları qovublar. Amma həmin ərazilər Azərbaycan torpaqlarıdır. Biz o ərazilərə müstəqil Azərbaycan torpağı kimi iddia etməsək də, insanlarımızın orada yaşamasına iddia edəcəyik», - deyə Ə. Həsənov bildirib.

Sovet İttifaqının son illərində Ermənistanda bir neçə yüz min azərbaycanlı qovulub. Onlar Azərbaycanın müxtəlif bölgələrində və şəhərlərdə məskunlaşıblar.
XS
SM
MD
LG