Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Əcnəbiləri döyənlərə qarşı cinayət işi açılıb


İki gün öncə hücuma məruz qalan amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçinin işi ilə bağlı cinayət işi qaldırılıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov ANS-ə bildirib. Polis rəisi əcnəbilərə hücum edənlərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işinin qaldırıldığını, həmin şəxslərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirildiyini bildirib.

Polisin məlumatına görə, amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçi Celia Davies iyunun 16-da gecə saatlarında Yasamal rayonu ərazisində yaşadıqları ünvana qayıdarkən küçənin tinində dayanmış 3-4 nəfər naməlum şəxslərlə münaqişə zəminində aralarında mübahisə baş verib. Əcnəbilər naməlum şəxslər tərəfindən döyülüb. Onlardan biri - Silya Deviesin sağ qolu sınıb.

Amanda Erikson və Celia Davies yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirlər.

Erikson həmçinin «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir.
XS
SM
MD
LG