Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:42

«Ezop Ksanfa qul olanda, sevindi ki, o, filosofdur»


İlqar Cahangirov
İlqar Cahangirov

ƏMƏKDAR ARTİST İLQAR CAHANGİROVLA SÖHBƏT

- Sevirsənsə, deməli, azad deyilsən.

- Elədir?

- Bəli. Ezop elə fikirləşir. Bu, sevgidirsə, deməli o, azad deyil. Ona görə də o, sonda bir daha öz azadlığını istədi. Dedi ki, azad olmaq, azad ölmək daha şərəflidir.

- Bu sevgi sırf cinsəl kontekstdə sevgidir, yoxsa ictimai münasibətlərə də aid edilə bilər?

- İctimai daha uyğun gəlir. Elə Ezop Ksanfa qul olanda, sevindi ki, o, filosofdur. O, istər-istəməz Ezopu başa düşəcək. Bir var hər hansı bir biznesmenin qulu olasan, biri də var ki, bir filosofun qulu olasan. Filosofda bir ümid yeri var. Gəlib onun xanımını görür və xanım ona sevgi bağlayır. Birinci kəlməsindən xanım artıq onu qiymətləndirir ki, bu, elə-belə qul deyil. Ezop da bunu görür.

- Sahibi başqalarından fərqli olsa da, sonda hesab edir ki, qul olmamaq daha yaxşıdır.

- Qul olmamaq, azad olmaq daha yaxşıdır. Nə olursa olsun, sən yaşayırsansa, sevirsənsə və yaxud nəyə isə bağlanırsansa, deməli sən azad hiss etməyəcəksən özünü. Hər şeydən, nəfsindən imtina etmək lazımdır. Bir şey ki, sənin qismətin deyil, niyə axı ona can atasan? Niyə onun qulu olasan? Etiraz et. İstəmə. İstəməyəndə, azad olursan.

- Axı Ezop oxumasaydı, azad olmaq istəməzdi, azad olmaq istəməsəydi, salamat qalardı.

- Elə adamlar var ki, ölümü daha üstün tutur. Baxır insanlara. İnsanlar fərqlidir axı. Hamı bu seçim qarşısında deyil. Hərə özü seçir. İstəyir gedir, istəmir getmir.

- Dediniz ki, sevgi insanların azadlığını məhdudlaşdırır. Yəni, sevgi olan kimi keçirsən o biri siyahıya. Bu necə həyatdır belə?

- Həyat belədir də. Kim necə istəyir elə də seçir. Elə insanlar var ki, heç sevmir, rahat da yaşayır. Ailəsi də var, sevgilisi də var, amma elə sevgi deyil. O, qul olmur. Amma elə adamlar var ki, sevir qul olur.

- Bəs Sizdə necədir?

- Məndə də elə sevib qul olmaqdır.

- Sizi quluna çevirən adam buna qulaq assaydı, yəqin xoşuna gələrdi.

- Kaş qulaq asardı. Bayaq bir balaca mübahisə etmişik.(Gülür).

- Amma qul olmağınız heç yaxşı olmadı.

- Görünür, mən azad olmağı yox, qul olmağı daha üstün tutdum.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG