Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:09

ATƏT və Avropa Birliyi Belarusu insan haqlarına hörmət etməyə çağırır


ATƏT sədri Belarus prezidenti Alyaksandr Lukashenka-dan dərhal müxalifətə qarşı təqiblərə son qomyağı tələb edib.

İyulun 5-də ATƏT-in sədri, Litvanın Xarici İşlər naziri Audronius Azubalis yaydığı bəyanatda Belarus iqtidarını tutulanları sərbəst buraxmağa və gələcəkdə dinc etiraz keçirən vətəndaşlara qarşı zorakılqıdan istifadədən çəkinməyə çağırıb.
Avropa Bilriyinin xarici siyasət idarəsi Catherine Ashtonun sözçüsü Maja Kocijancic AzadlıqRadiosuna deyib ki, Avropa Birliyi Belarusdakı hadisələri “son dərəcə narahatçılıqla” izləyir.

- Biz Minskdə və digər Belarus şəhərlərində keçirilən dinc aksiyaların zorakılıqla qarşısının alınmasını pisləyirik. Və Belarus hakimiyyətini öz vətəndaşlarının hüquqlarına, baxışlarını sərbəst ifadə etməsinə hörmətlə yanaşmağa çağırırıq.

Lukaşenko ötən ilin dekabrında keçirilən seçkidən sonra müxalifətin kütləvi etirazları ilə üzləşib.
Hüquq müdafiəçiləri deyirlər ki, iyulun 3-də keçirilən aksiyalarda azı 140 adam saxlanıb. Bəzi etirazçılar 2-15 gün arasında azadlıqdan məhrum edilib, bəziləri isə 200 dollar məbkəğində cərimə olunub.

AzadlıqRadiosunun müxbiri Mixail Karnievich Qrodnıy şəhərində aksiyaları işıqlandırab zaman həbs olunub. O, sonradan sərbəst buraxılsa da, iyulun 6-da məhkəmə qarşısına çıxarılacağı gözlənir.
AzadlıqRadiosunun bir neçə ştatdankənar müxbiri də həbs olunub, onların kameraları sındırılıb.

İyulun 3-də polis Lukashenkaya əl çalmaqla etiraz edən yüzlərlə adama güc tətbiq edib.
XS
SM
MD
LG