Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

Rusiya Moldovadan yazıçı Eduard Bağırovla bağlı izahat tələb edir


Eduard Bağırov
Eduard Bağırov
Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 16-da Moldovada saxlanan yazıçı Eduard Bağırovun məsələsi ilə daha yaxından məşğul olmağa başlayıb.

İyulun 6-da nazir müavini Georgi Karasin Moskvada Moldovanın Rusiyadakı səfiri Andrey Nequtsu qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərə aid müxtəlif məsələlərlə yanaşı Moldovada 30 günlüyünə saxlanan yazıçı Eduard Bağırovla bağlı məsələ də müzakirə mövzusu olub.

“Rusiya tərəfi Kişinyovda saxlanan rusiyalı yazıçının hüquqlarının qorunmasının zəruriliyini, eləcə də onun həbsdə saxlanmasının səbəbləri haqda dərhal məlumat verilməsinin vacibliyini bildirib” – deyə Rusiya XİN-in məlumatında deyilir.

Vəkili Bağırovun 2009-cu ildə Moldovada kommunistlərin seçkidə qalib gəlməsinə qarşı keçirilən aksiyalarda iştirakına görə tutulduğunu deyirlər. Həmin aksiyalar Prezident sarayına hücumla nəticələnmişdi.

Əslən azərbaycanlı olan Rusiya yazıçısı E.Bağırov Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvüdür.

Həmçinin oxu
Eduard Bağırov öz həbs şəraiti haqda nə yazır
XS
SM
MD
LG