Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:44

Kosovo Serbiyadan mal idxalına qadağa qoyub


Kosovo çərşənbə günündən Serbiyadan mal idxalına qadağa qoyub, Bosniyadan idxala isə 10 faizlik gömrük haqqı tətbiq edilib.

Reuters agentliyi Kosovonun ticarət naziri Mimoza Kusari Lilaya istinadla xəbər verir ki, buna səbəb Serbiya ilə Bosniyanın Kosovodan mal gətirilməsinə qadağa qoymasıdır.

Kosovo 2008-ci ilin fevralında Serbiyadan ayrılaraq müstəqilliyini elan etdikdən sonra Belqradla Sarayeva Kosovodan mal gətirilməsi və kosovoluların bu ölkələrə gəlişini qadağan ediblər.
XS
SM
MD
LG