Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:42

Çexiyada “Anti-məscid” hərəkatı yaradılıb


İslama qarşı təşkilatın dəstəklənməsinə baxmayaraq, Hradec Kralovedə məscid tikilib


Çexiyanın Hradec Kralove şəhərinin hakimiyyəti “AntiMesita” (Məscid əleyhinə) hərəkatına maddi yardım göstərib.

Bu təşkilat yerli sakinlər üçün “İslam təhlükəsi” mövzusunda ictimai müzakirələr təşkil edir, müxtəlif şəərlərdə məscidlərin tikilməsinə qarşı imzatoplama aksiyası keçirir və ümumiyyətlə Çexiya ərazisində islam mədəniyyətin yayılmasına qarşı fəaliyyət göstərir. Bu barədə www.romea.cz saytı xəbər verib.

Təşkilat yerli hakimiyyətdən 15 min kron (təxminən 1000 ABŞ dolları) qrant alıb. Həmin regionun administrasiyanın katibi İmrix Diozeqin «Hradecký deník» nəşrinə verdiyi məlumata görə, Çexiyanın bu bölgəsində müxtəlif mədəniyyət, idman klubları və cəmiyyətləri fəaliyyət göstərir:

“Biz bu cür qurumların hamısını dəstəkləyirik. Ona görə də regional şura qərara alıb ki, «AntiMešita» və «AntiMešita-envi» təşkilatlarını da dəstəkləsin. Ayrılan 15 minin müqabilində hər iki təşkilatlar internet səhifəsi yaradacaq və hüquqi xidmətlərinin haqqını ödəyəcək”.

«AntiMešita» hərəkatının təsisçisi Valetin Kusak hesab edir ki, onlara qrant ayrılması yerli qubernator Lyubomir Frankın və ümumiyyətlə yerli hakimiyyətin təşkilata dəstəyinin göstəricidir.

“AntiMesita” təşkilatı ötən ildən fəlaiyyətə başlayıb. Yerli hökumətin İslama qarşı olan bu hərəkatı dəstəkləməsinə baxmayaraq, onlar Hradec Kralovedə məscid inşasına mane ola bilməyiblər.
XS
SM
MD
LG