Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Breivik yazıçılara da hücum etməyi planlayırmış


Həbs edilmiş Breivik məhkəmə gətirilir. 25 iyul 2011
Həbs edilmiş Breivik məhkəmə gətirilir. 25 iyul 2011
Norveçdə 76 nəfəri öldürməkdə günahlandırılan ultrasağçı Anders Behring Breivik yazıçı, jurnalist və ədəbiyyat professorlarına da hücum etməyi planlayırmış.

O hesab edir ki, bir çox Qərbli yazıçılar “xəyanətkar” mövqe tutublar - multikulturalizm, siyasi korrektlik, başqa din və xalqları təmsil edən miqrantlara tolerantlıq göstərmək mövqeyində dayanırlar.

Qətlləri törətməkdən əvvəl yazdığı və “2083: Avropanın Müstəqillik Bəyannaməsi” adlandırıdığı 1500 səhifəlik manifestində Breivik Norveçdə təşkil edilən, yazıçıların, jurnalistlərin toplaşdığı beynəlxalq konfranslları və festivalları hədəfə almaq planlarını açıqlayır.

O adətən otellərdə keçirilən jurnalist konfranslarında təhlükəsizlik tədbirlərinin ya zəif olması, ya da ümumiyyətlə olmamasına diqqət çəkir. Dünyanın hər yerindən həmin toplanrtılara gələn tanınmış yazarların “əla hədəf” oluduğunu bildirir.

Breivik Norveçdə keçirilən ədəbiyyat festivallarına “marksist, eləcə də xəyanətkar burjua yazıçı elitasının” da gəldiyini, həmin festivallarda iştirak edənlərin 90 faizinin multikulturalizmi dəstəklədiyini, bu ideyanı əsərləri ilə yaydığını yazır.

Breivik belə jurnalist və yazıçıları “A və B kateqoriyalı xəyanətkarlar” adlandırır. O bildirir ki, belələri onun gələcəkdə baş verəcəyinə inandığı inqilab zamanı edam ediləcək.


Manifest müəllifi sözügedən yazarların öz məqalələri və əsərləri ilə Norveçdə və ümumilikdə Avropada “mədəni və demoqrafik soyqırımı”na xidmət etdiklərini iddia eləyir.

Manifestin bir neçə səhifəsində “Mədəni marksizmin tanınmış nümayəndələri olan intellektuallar, o cümlədən Georg Lukacs, Antonio Gramsci, Wilhelm Reich, Erich Fromm, Herbert Marcuse və Theodor Adorno” tənqid edilir.

Onun bu planları çox təhlükəli sayıla bilər.

Çünki Breivik məsləkdaşlarının da olduğunu, böyük bir şəbəkənin üzvü olduğunu iddia edir.
XS
SM
MD
LG