Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:07

Rusiya Suriyanı zorakılıqla son qoymağa çağırıb


Rusiya Suriya hakimiyyətini əhaliyə qarşı zorakılıqla son qoymağa çağırıb. Bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, bazar günü Suriyanın müxtəlif şəhərlərində nümayişçilərlə hökumət qoşunları arasında baş verən qanlı toqquşmalar nəticəsində 140 adam ölüb. Ən böyük itki Hama şəhəri sakinləri arasında olub. Hökumət bu şəhərə hərbi texnika yeridib, əhaliyə tanklardan atəş açılıb.

Mart ayından bu yana prezident Bashar Assada qarşı keçirilən etiraz aksiyalarında 1800-dən artıq adam öldürülüb.
XS
SM
MD
LG