Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Beynəlxalq Böhran Qrupu: «Kazan sammiti Azərbaycanda pessimizmi dərinləşdirib»


Kazan, 24 iyun 2011
Kazan, 24 iyun 2011
«İyun ayında Kazan sammitində gözlənilən irəliləyişin olmaması xüsusilə Azərbaycan tərəfdə məyusluq və pessimizmi dərinləşdirib».

Beynəlxalq Böhran Qrupunun dünyadakı mövcud münaqişələrə dair son hesabatında belə deyilir.

Qurum hazırda dünyada 70-ə yaxın münaqişə ocağının olduğunu yazır.

Beynəlxalq Böhran Qrupu 8 ölkədə - Əfqanıstan, Burundi, Qvineya, Kosovo, Malavi, Pakistan, Somali, Suriyada vəziyyətin pisləşdiyini bildirir.

Azərbaycan, Ermənistan, Gürcüstan, Şimali Koreya, Cənubi Somali, Misir, Belarus isə «vəziyyəti dəyişməyənlər» ölkələr siyahısındadırlar.

Hesabatın Azərbaycana aid hissəsində o da qeyd olunur ki, iyulun 4-də Azərbaycan-İran sərhədçiləri arasında silahlı insident yaşanıb, bir azərbaycanlı sərhədçi ölüb. Həmçinin, terrora hazırlıq ittihamı ilə İslam Partiyasının bir neçə üzvü, o cümlədən Mövsüm Səmədovun məhkəməsinin başlanması da hesabatda əks olunub.
XS
SM
MD
LG