Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:14

Qarabağ üçün «Saxarov» planı...


Eldar Namazov
Eldar Namazov
«Referendumun gündəliyə salınması Azərbaycan diplomatiyasının səhvidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Eldar Namazov deyib:

«Referendum son bir neçə il ərzində danışıqlar paketinə əlavə olunan bir məsələdir. Bu, Azərbaycan diplomatiyasının çox ciddi bir səhvidir ki, Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsinə razılıq veriblər. Bu, Dağlıq Qarabağın taleyini demək olar ki, əvvəldən müəyyənləşdirir. Məncə, Azərbaycan diplomatiyasındakı bu səhvi indi aradan qaldırmaq lazımdır».

Eldar Namazov bildirir ki, referendum məsələsi hələ 1988-ci ildə akademik Andrey Saxarov tərəfindən təklif olunmuşdu:

«Bu təklif hər iki tərəfə olunmuşdu. Saxarovun təklifi ondan ibarət idi ki, həm Azərbaycanda kompakt yaşayan ermənilər, həm də Ermənistanda o vaxt kompakt yaşayan azərbaycanlılar arasında referendum keçirilsin. Həmin referendumların nəticəsi kimi ərazi mübadiləsi aparılsın. Azərbaycanda kompakt yaşayan erməni icması yalnız Dağlıq Qarabağda idi, yəni haradasa 4 rayonda. Ermənistanda isə 14-dən artıq rayonda azərbaycanlılar kompakt yaşayırdı. Təbii ki, belə bir ƏRAZİ MÜBADİLƏSİ AZƏRBAYCANIN XEYRİNƏ OLA BİLƏRDİ. Ancaq nə rəsmi Bakı, nə rəsmi Yerevan bu planı qəbul etdi».

Eldar Namazov deyir ki, Saxarovun Yerevana səfərindən sonra bütün azərbaycanlılar Ermənistandan deportasiya olundu:

«Bu, dövlət tərəfindən təşkil olunmuş zorakılıq idi. Ermənistandan azərbaycanlıların deportasiyası birbaşa həmin referendum məsələsi ilə bağlıdır. Həmin adamları referendum hüququndan məhrum edirdilər ki, Qarabağı işğal etməyə mane olmasınlar... 1988-ci ildə hər iki icmaya referendum hüququ verilirdi. Bir tərəf deportasiya olunubsa, deməli, onların hüquqları pozulur və onlar heç kimin yadına da düşmür. Ona görə də Qarabağla bağlı danışıqlarda bizim mövqeyimizdə çox vacib bir element olmalıdır. Dağlıq Qarabağda yaşayan erməni icmasına referendum hüququ verilirsə, həmin hüquq Ermənistandan deportasiya olunanlara da verilməlidir».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG