Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:11

Suriya ordusu daha 2 şəhərə hücum edib


Bynəlxalq təzyiqlərə baxmayaraq Suriyanın müxtəlif şəhərlərində nümayişçilərə qarşı hərbi əməliyyatlar davam etdirilir.

Hüquq müdafiəçiləri və yerli sakinlərin sözlərinə görə, ordu çərşənbə günü Deyr əl Zor şəhərini nəzarətə götürüb və Türkiyə sərhəddi yaxınlığında yerləşən Taftanaz və Sermin şəhərlərinə hücuma keçib.

İtkilər barədə dəqiq məlumat yoxdur, amma hüquq müdafiəçiləri onlarla adamın öldürüldüyünü deyirlər.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu Dəməşqə səfəri zamanı ölkə rəhbərliyini hərbi əməliyyatları dayandırmağa çağırıb.

Bu gün isə Hindistan, Braziliya və Cənubi Afrika Respublikasının nümayəndələri Dəməşqə gedir.
XS
SM
MD
LG