Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

Şəhərin mərkəzində evlərin sökülməsi davam edir


Arxiv foto
Arxiv foto
Füzuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki beşmərtəbəli binanın sökülməsinə başlanıb. Sakinlərin deməsinə görə, heç kiminlə razılaşma əldə olunmadığı halda yaşayış ola-ola bina bir neçə tərəfdən sökülür. Həmin binanın sakinlərindən Başxanım Abbasova ( 2 aprel aksiyasına görə həbsdə olan Müsavat gənclər təşkilatının sədri Tural Abbaslının anası) deyir ki, onların etirazlarına baxan yoxdur:

«Mənimlə hələ danışıqlara gəlməyib, hələ mənə ev təklif etməyib, çıxıblar binanın damını sökürlər. Bizi evlə, yerlə təmin etməmiş necə sökürlər bu binanı. Hazırda texnika, fəhlələr sökhasökdədirlər. Bizi hara köçürürlər hələ bilinmir. Toz-torpaqdan nəfəs ala bilmirik. Bazar günü də qoymurlar evimizdə rahat oturaq».

Başxanım Abbasova söküntü işlərinə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Yusif Qəmbərovun rəhbərlik etdiyini bildirsə də adı çəkilən komitə rəsmisi suallarımıza cavab ala bilmədik.

Narazılıqlara baxmayaraq həmin ərazidən bir qədər aralı Şəmsi Bədəlbəyli küçəsi və ona yaxın yerlərdə də yaşayış binaları və ofislərin sökülməsi davam etdirilir. Bir neçə gün əvvəl Sülh və Demokratiya İnstitutunun ofisi komputer və sənədlərin daşınmasına imkan verilmədən ağır texmika ilə uçurdulub.
XS
SM
MD
LG