Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:41

Rəsmiyyə Sabir. Görünür


Getdiyim haqqın yoludur,
Yoluma duman bürünür.
Mən yürüyürəm, arxamca,
Cansız kölgələr sürünür.

Torpaq ayağımdan çəkir,
Gözlərim qanlı yaş tökür,
Ömrümə qaranlıq çökür,
Bəxtimin ulduzu sönür.

Dünyada bunca adam var,
Dərdimdən dərdlilər anlar,
Uzaqlaşdıqca insanlar,
Tək, uca Allah görünür...
XS
SM
MD
LG