Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:23

Rəsmiyyə Sabir. Yanar


Gəl toxunma sarı simə,
Mənə “bir az da döz” demə,
Sənsiz keçən günlərimə,
Aylarıma ilim yanar.

Bağrım başını dağlaram,
Buludlar kimi ağlaram,
Səni elə soraqlaram,
Ağzımda dilim yanar.

Ayrılıq ölümdən çətin,
Mən ola bilmədim mətin,
Alovunda həsrətinin,
Külə dönər, telim yanar.

Həsrət məndən bir can umar,
Mələklər gözümü yumar,
Bu şairin yoxluğuna,
Peşman olar, ölüm yanar.
XS
SM
MD
LG