Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:14

Rəsmiyyə Sabir. Torpağın altındakı günəş


Mən-torpaq altındakı günəşəm!
Özümü görməsəniz də,
Şüalarımı – şeirlərimi
duyacaqsınız.
Mən-torpaq altındakı günəşəm!
Sözlərimin hərarəti yandıracaq
yanımda
gözü kölgəli olanları.
Gizlənə bilməyəcəklər
kirpik hasarlarının
arxasında.
Mən-torpaq altındakı günəşəm!
Əridəcəyəm
soyuq insanların buz dünyasını.
Mən-torpaq altındakı günəşəm!
İşıqlandıracağam
içi zülmət olanların dünyasını.
Mən-torpaq altındakı günəşəm!
Qaranlıqları yarmaqdır peşəm...
XS
SM
MD
LG