Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:10

Əliağa Kürçaylı. Bakı


Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış əsərdir.

Çıiçək desən- könül açan çiçəyi,
Külək desən- ev uçuran küləyi,
Qasırğada ağ dalğalar ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.

Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.

Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.
XS
SM
MD
LG