Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:54

Obama məzuniyyətdə oxumaq üçün 5 kitab aldı


Ailəsi ilə birgə ABŞ-ın şimal-şərq sahilinə yaxın Martha's Vineyard adasında istirahətə yollanan prezident Obama məzuniyyət vaxtı oxumaq üçün 5 kitab alıb.

Avqustun 20-də Ağ evdən verilən məlumata görə, onlardan dördü nəsr əsərləridir. Bu da təsadüfi deyil. ABŞ prezidenti roman həvəskarıdır - xüsusən də cinayətlər haqda romanların.

Prezidentin aldığı kitablar:

1. Amerika yazıçısı Daniel Woodrell-in “The Bayou Trilogy” kitabı 3 novelladan ibarətdir. Bu, ABŞ-ın Luiziana ştatında baş verən cinayətlərdən bəhs edir.

2. Ward Just-ın “Rodin's Debutante” romanındakı hadisələr isə prezidentin özünün də uzun müddət yaşamış olduğu Çikaqo və onun ətraf rayonlarında baş verir. Söhbət ötən əsrin 50-ci illərindən gedir. Əsərin qəhrəmanı olan yeniyetmə incəsənət aləmində özünü təsdiqləməyə çalışır. Amma şahidi olduğu dəhşətli cinayətlər onun dünya haqqında təsəvvürlərini dəyişir.

3. Abraham Verghese-in “Cutting for Stone” kitabı efiopiyalı əkiz qardaşların (başlarından bitişik doğulmuş siam əkizlərinin) bədiiləşdirilmiş hekayətini anladır.

4. David Grossman-ın “To the End of the Land” romanı isə bir ananın müharibə hekayətini, İsraildə tapdığı dostlar və ailə həyatından bəhs edir.

Prezidentin məzuniyyətdə oxumaq üçün aldığı kitablardan biri də publisistik əsərdir.

Isabel Wilkerson-un “The Warmth of Other Suns” kitabı qaradərililərin ABŞ-ın cənubundan şimalına miqrasiyası haqqındadır.
XS
SM
MD
LG