Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:11

Musa Əfəndi. Böyü artıq


Təkcə ayın işığını yağına buraxma
Yağan yağışa da pəncərələrini aç!
Özünü təkliyinlə eyni otaqda buraxma,
Təkliyin qalsın, sən yağışın altına qaç!

Qoy islansın üst-başın, qorxma,
Yaş olsun, yaşlı olsun onlar da…
Gülümsə amma, gülüş saç insanlara,
Həmin işıqla böyüyəcək gəzdiyin yollar da…

Saçından bir tel ver ümid əvəzi,
Böyümək lazımdı, böyü artıq!..
Dərindən nəfəs al, böyüsün nəfəsin,
Amma öldürmə içindəki uşağı.
XS
SM
MD
LG