Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

«Human Rights Watch» fəalların həbsini pisləyib


«Human Rights Watch» insan haqlarını beynəlxalq müdafiə təşkilatı hüquq müdafiəçisi Vidadi İsgəndərli və 6 müxalifət fəalına qarşı həbs hökmünün çıxarılmasını pisləyib. Qurumun bəyanatında deyilir ki, Azərbaycan hökuməti onu tənqid edənlərə qarşı repressiv davranışına son qoymalıdır və fəalları həbsdən azad etməlidir.

“Bu uydurma ittihamlar və nöqsanlı məhkəmələr Azərbaycan hökumətinin tənqidi səsləri susdurmaq üçün necə işlədiyini göstərir” - «Human Rights Watch»un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson belə deyib. O əlavə edib ki, istənilən hökumət, xüsusən də Avropa Şurasının üzvü olan ölkə rəhbərliyi öz vətəndaşlarının şikayətlərinə cavab verməlidir.

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Milli Məclisə keçirilən seçki zamanı səsverməni pozmaqda, məntəqə üzvləri ilə kobud rəftar etməkdə təqsirləndirilərək 3 il müddətinə həbs olunub. Bundan başqa İctimai Palatanın 2 aprel aksiyasında iştirak etmiş 14 nəfər həbs olunub, onlardan 6-na artıq 3 ildən 1,5 ilədək həbs cəzası verilib. 8 nəfərin məhkəməsi hələ davam edir.
XS
SM
MD
LG